2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Xəbərlər

Gəncə: övladı qaçırılan anadan – Müraciət

Gəncənin Nizami rayonu, Zərrabi küçəsi ev 106-da yaşayan Behbudova Səbinə İlqar qızı 24saat.org-a müraciət edib. Müraciət müəllifi qeyd edib ki, 22 may 2016-cı ildə övladı Nəbiyev Əli Rəşad oğlu (10.12.2009-cu il təvəllüdlü) atası Nəbiyev Rəşad Zakir oğlu ilə sahə müvəkkili Çərkəz tərəfindən görüşə aparılıb, bugünə qədər geri qaytarılmayıb.

Onun sözlərinə görə, Nəbiyev Rəşad Zakir oğlu ilə 30 yanvar 2014-cü il tarixində rəsmi nikahı ləğv edilib. Şikayətçi bildirib ki,
Gəncə şəhər Kəpəz rayon Məhkəməsinin 30 yanvar 2014-cü il tarixli 2(043)-62/2014 saylı qətnaməsinə əsasən övladı onun yanında yetkinlik yaşına çatanadək qalması qət edilib: “22 may 2016-cı ildə övladım Əli atası ilə görüşə aparılan gün geri qaytarılmadıqdan sonra dərhal mən Gəncə şəhər Nizami rayon Polis İdarəsinə müraciət etdim. Lakin Nizami rayon Polis İdarəsindən mənə 01 aprel 2016-cı il tarixdə Gəncə şəhər Nizami rayon Məhkəməsinin hakimi Niftəliyev Mahir Şamil oğlu tərəfindən keçirilmiş məhkəmə qətnaməsinin sürəti verildi. Qətnamədə qeyd olunub ki, guya mən Gəncə şəhər Gülüstan qəsəbəsi bina 15, ev 17-də yaşamışam və cavabdeh kimi məni məhkəməyə həmin ünvandan çağırıblar. Mən qeyd olunan ünvanda nə qeydiyyatda olmuşam, nə də yaşamışam. Bu qətnamədə həm də göstərilir ki, 10.12.2009-cu ildə anadan olmuş Nəbiyev Əli Rəşad oğlunun anası Behbudova Səbinə İlqar qızının razılığı olmadan Nəbiyev Rəşad Zakir oğlu ilə birlikdə sərbəst şəkildə xarici ölkəyə gedib-gəlməsi tanınsın.
Bu sənədi əsas tutaraq atası övladımı Rusiyaya mənim xəbərim və razılığım olmadan qaçırdıb.
Məsələ ilə bağlı hazırda Gəncə şəhər Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermişəm və nəticəsini gözləyirəm.
Sizdən bu Uşaq Hüquqları günündə xahişim odur ki, mənim iştirakım olmadan ədalətsiz məhkəmə qərarını ictimailəşdirib, övladımın geri qaytarılmasında və onun hüquqlarının bərpa edilməsində mənə köməklik göstərəsiniz”.

24saat.org

Saytların yığılması Saytlarin yigilmasi

 

 

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button