2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Gəncədə azana qadağa

“Şah Abbas Məscidinə toplaşmışdıq ki, bu gün zöhr azanının verilməməsinin səbəbini öyrənək. Polisləri göndəriblər ki, məscidə toplaşanları dağıtsın”.

Gəncə sakini Abbas Şərifov AzadlıqRadiosu-na bildirib ki, aprelin 19-da saat 13.00-da azan səsi eşidilməyincə məscidə toplaşıblar. İnanclı insanlar azanın verilməməsinin səbəbi ilə maraqlanıblar. Sakinlərin deməsinə görə, onlara bildirilib ki, göstəriş Gəncə şəhər icra hakimiyyətindən gəlib:

Saytların yığılması Saytlarin yigilmasi

“Deyirlər, başçı belə göstəriş verib. Biz də narazılığımızı bildirdik. ‘Bir məscid başçının göstərişi ilə idarə olunmaz’, – dedik. Qərara aldıq ki, elə məsciddəcə saat 19.54 azanını gözləyək. Ancaq indi polislər tökülüşüb, adamları zorla məsciddən çıxarmağa çalışırlar”.

Gəncə Şəhər Polis Şöbəsindən AzadlıqRadiosu-na bildirilib ki, idarənin bir neçə əməkdaşı məscid ərazisində öz xidmətlərindədirlər və hər hansı qarşıdurma, narazılıq yoxdur.

AzadlıqRadiosu Şah Abbas Məscidindən və Gəncə Şəhər İcra Hakimiyyətindən məsələyə münasibət öyrənməyə çalışır.

2015-ci ilin oktyabrında Aşura mərasimi öncəsi həmin məsciddə dindarlarla polis arasında qarşıdurma yaranmışdı. Dindarlar məscidin bağlandığını deyirdilər.

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button