2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Gəncədə dostunu öldürən şəxs polisə təslim olub

Gəncə şəhərində baş verən qətlin təfərrüatı məlum olub.
Mayın 1-də axşam saatlarında şəhər sakini, 1985-ci il təvəllüdlü Sakit Tofiq oğlu Alıyev döş qəfəsinin kəsilmiş deşilmiş yarası ilə Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib. Həkimlər tərəfindən əməliyyata alınan yaralının həyatını xilas etmək mümkün olmayıb və S.Alıyev orada ölüb.
Baş Prokurorluqdan “Report”un Qərb bürosuna verilən məlumata görə, hadisəni törədən şəxs, Gəncə şəhər sakini, 1984-cü il təvəllüdlü Elşən Zirəddin oğlu Mürsəlov könüllü olaraq polisə təslim olub. İstintaqa ifadə verən E.Mürsəlov mərhumla dost olduğunu və hadisəni şəxsi münasibətlər zəminində baş verən mübahisə zamanı törətdiyini bildirib.
Faktla bağlı Gəncə şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1 (Qəsdən adam öldürmə ) maddəsi ilə cinayət işi açılıb, araşdırmalar davam etdirilir.

report

Saytların yığılması Saytlarin yigilmasi

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button