2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
GündəmManşet

Gəncədə iki polis polkovniki öldürüldü – RƏSMİ MƏLUMAT

DİN: İğtişaşın qarşısını alarkən Gəncə Şəhər Baş Polis İdarəsinin və Nizami rayon Polis İdarəsinin rəis müavinləri şəhid olublar

Bu gün saat 20 radələrində 150-200 nəfərdən ibarət radikal dini yönümlü bir qrup şəxs Gəncə şəhər İcra Hakimiyyətinin inzibati binasının önündəki meydana toplaşaraq asayişi kobud şəkildə pozmağa cəhd göstərib.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən verilən mlumata görə, xidməti vəzifələrini yerinə yetirən polis əməkdaşlarının xəbərdarlığına məhəl qoymayan qanunazidd hərəkətlərin iştirakçıları özləri ilə gətirdikləri küt və kəsici-deşici alətlərlə asayiş keçşikçilərinə müqavimət göstəriblər.

Polis əməkdaşlarının həyata keçirdikləri qətiyyətli tədbirlərlə onların hüquqazidd əməllərinin qarşısı alınmaqla 40 nəfəri tutularaq Gəncə Şəhər Baş Polis İdarəsinə gətirilib, qalanları qaçaraq ərazini tərk ediblər.

Saytların yığılması Saytlarin yigilmasi

Görülmüş operativ tədbirlərlə təxminən 30 dəqiqə ərzində şəhərin mərkəzində asayiş tam bərpa edilib.

“Təəssüflə qeyd edirik ki, qanunsuz hərəkətlərin qarşısı alınarkən xidməti vəzifələrini yerinə yetirən iki polis zabiti – Gəncə Şəhər Baş Polis İdarəsinin rəis müavini, polis polkovniki İlqar Balakişiyev və Nizami Rayon Polis İdarəsinin rəis müavini, polis polkovnik-leytenantı Səməd Abbasov radikal ünsürlərin kəsici-deşici alətlərlə yetirdikləri zərbələr nəticəsində şəhid olublar” deyə, məlumatda qeyd olunur..

Fakt üzrə Baş Prokurorluqda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.3, 120.2.7, 220.1, 221.3, 228.4, 315.2-ci maddələri ilə cinayət işi başlanılıb.

Cinayətin bütün iştirakçılarının və təşkilatçılarının müəyyən edilib məsuliyyətə cəlb olunmaları məqsədilə zəruri istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri həyata keçirilir.

Görülən işlərin gedişi barədə ictimaiyyətə əlavə məlumat veriləcək.

 

***

Bu gün axşam saatlarında Gəncə şəhərində bir qrup şəxs qanunsuz aksiya keçirməyə cəhd edib.

APA-nın yerli bürosunun xəbərinə görə, sayı 200 nəfərə yaxın olan dəstə sabitliyi pozmaq, iğtişaş törətmək məqsədilə qanunsuz aksiya keçirməyə cəhd edib. Lakin polisin həyata keçirdiyi tədbirlər nəticəsində aksiyanın qarşısı alınıb.

Məlumata görə, 30-a yaxın iğtişaş iştirakçısı saxlanılıb.

Hadisə zamanı iğtişaşçıların iki polis əməkdaşına xəsarət yetirdikləri bildirilir.

Hazırda Gəncədə tam sabitlikdir, hüquq-mühafizə orqanları vəziyyətə tam nəzarət edir.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button