2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
ÖLKƏ

Gəncənin cinayətkar dəstəsini Olimpiya çempionumuz müdafiə edir? – ŞOK MƏLUMAT

Noyabrın 25-də qaynarinfo.Az saytında “Polis keçmiş idmançının rəhbərlik etdiyi cinayətkar dəstəni himayə edir” başlıqlı yazı dərc olunmuşdu.

Yazıda qeyd olunurdu ki, keçmiş güləşçi Rza Xəlilov başçılıq etdiyi mütəşəkkil dəstə ilə Binəqədi yolu, “Vel” adlı avtoservisdə işləyən motorist Balayev Xəqanini vəhşicəsinə döyüb. Nəticədə Balayev Xəqaninin burnu və almacıq sümüyü sınıb, beyninə qan sızıb.

Şikayət məktubunda qeyd olunurdu ki, hadisəni araşdırmaq Binəqədi Rayon Polis İdarəsinin 4 saylı Polis Bölməsinin təhqiqatçısı Natiq Teymurova həvalə olunsa da, o, hadisənin üstündən 3 gün keçməsinə baxmayaraq, heç bir əməliyyat-axtarış və istintaq hərəkəti həyata keçirməyib. Məsələ ilə bağlı 4 saylı bölmənin rəis müavininə şikayət edilsə də, o da hər hansı bir qanunauyğun tədbir görməkdən imtina etmişdir.

Saytların yığılması Saytlarin yigilmasi

Maraqlıdır ki, hələ də xəstəxanada yatan və onu kimlərin döyməsini deməsinə baxmayaraq, amma Binəqədi Rayon Polis İdarəsi susqunluq nümayiş etdirir.

Bu gün isə, Qaynarinfo.Az saytına Gəncə şəhərindən sensasion bir məlumat daxil olub.

Adının çəkilməsini istəməyən şəxs bildirib ki, Rza Xəlilov Gəncə güləş məktəbinin yetirməsidir. Onun istintaqa cəlb edilməməsinə isə səbəb 2012 London Olimpiadasında qızıl, 2016 Rio-de-Janeyro Olimpiadasında isə gümüş medal qazanmış Toğrul Əsgərovdur.

Beləki Toğrul Əsgərov öz nüfuzundan istifadə edərək, uşaqlıq dostu və həmyerlisi olan Rza Xəlilovu müdafiə edib. Və bu məsələnin ört-basdır olması üçün müəyyən insanlardan xahişlər edib.

Məlumat üçün qeyd edək ki, Rza Xəlilov 2 dəfə adam döyməyə görə həsb olunub.

Məlumatla bağlı Toğrul Əsgərova dəfələrlə zəng etsək də, telefona cavab vermədi.

P.S. Ümid edirik ki, Azərbaycan bayrağını hər zaman yüksəkdə dalğalandıran, yüzminlərlə insanın sevgisin qazanan Toğrul Əsgərov insan sağlamlığına ağır xəsarət yetirməklə məşğul olan, özünü idmançı kimi deyil, cinayətkar kimi aparan Rza Xəlilov və onun dəstəsini müdafiə etməkdən çəkinəcək.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button