2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Cəmiyyət

Gəncənin rəmzinə çevrilən qədim gerbin tarixçəsi – VİDEO

Dünyanın bütün böyük və qədim şəhərlərinin gerbinin olması heç kimə sirr deyil. Azərbaycanda da bəzi şəhərlərin rəmzi simvolları və gerbləri var. Onlardan biri də yaşı min illərlə ölçülən, ölkəmizin tarixi və mədəni paytaxtlarından sayılan Gəncədir.

2004-cü ildə xüsusi komissiya tərəfindən təsis edilən bu şəhərin gerbi Gəncə xanı Cavad xanın hakimiyyəti dövründə xanlığın bayrağında əks olunan simvollara istinad edilib.

Komissiyanın rəhbəri olmuş akademik Fuad Əliyev deyir ki, müsabiqəyə təqdim olunan 85 eskiz arasında məhz bu varianta üstünlük verilməsi üçün kifayət qədər ciddi səbəblər olub. Çünki bu variant şəhərin tarixi və mədəni kodlarını özündə əks etdirən ən yaxşı nümunə idi.
Şəhərin həm yeni, həm də qədim gerbi deyə biləcəyimiz rəmzin üzərindəki simvollar da özlüyündə böyük məna kəsb edir.

Saytların yığılması Saytlarin yigilmasi

Tarixçi Sevda Abdullayevanın sözlərinə görə, günəş əbədi həyatı, ay əbədi işığı, tərəzi bərabərliyi, palıd möhkəmliyi, yaşıl rəng islamı, səkkizguşəli ulduz isə cənnətin 8 qapısının olmasını ifadə edir.

400 ilə yaxın Gəncə bəylərbəyliyini idarə etmiş Ziyadoğlular nəslinin ərmağanı olan gerbin yenidən qədim şəhərin rəmzinə çevrilməsini sakinlər qürur və rəğbətlə qarşılayırlar.
Ziyadoğluların hakimiyyətdə olmuş son nümayəndəsi Cavad xanın 1804-cü ildə Çar Rusiyası qoşunları ilə döyüşdə öldürülməsindən sonra tarixin tozlu qatlarında qalan, 2004-cü ildə isə yenidən həyata əbədi vəsiqə qazanan gerb indi şəhərin əsas bəzəyidir.

Ətraflı Baku TV-nin videosunu təqdim edirik:

24 saat” “Gəncənin rəmzinə çevrilən qədim gerbin tarixçəsi – VİDEO” başlıqlı yazını “Pressklub”a istinadən dərc edib

Xeberler

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button