2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Xəbərlər

Gənc fəallar hakim partiyanın ofisi qarşısında etiraz aksiyası keçiriblər

Bakı/13.10.21 Oktyabrın 13-də NİDA və D18 Hərəkatının bir sıra gənc fəalları Yeni Azərbaycan Partiyasının keçmiş qərargahının yerləşdiyi binanın qarşısında aksiya keçiriblər.

Gənc fəallar Azərbaycanda AXCP üzvləri Niyaməddin Əhmədovun və Fuad Əhmədlinin, o cümlədən jurnalist, ictimai fəal Anar Abdullanın, eləcə də  digər siyasi məhbusların həbsinə etiraz ediblər.

Aksiya iştirakçıları “Rədd olsun irtica!”, “Yaşasın Cümhuriyyət!” şüarları səsləndiriblər.

Saytların yığılması Saytlarin yigilmasi

Hadisə yerinə gələn polis gənc fəalları saxlayaraq, polis bölmələrinə aparıb. B barədə saxlanılanlardan biri – Rüstəm İsmayılbəyli öz facebook səhifəsində yazıb.

DİN isə heç kimin saxlanılmadığını, sadəcə olaraq aksiya iştirakçılarının ərazidən uzaqlaşdırıldığını bildirir. -16D-

 

Turan

“24 saat”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button