2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
ÖLKƏ

Gənc qıza qarşı Naftalan polisində necə rəftar olunub? VİDEO

Polisdə işgəncəyə məruz qadığı iddia olunan qızın valideynlərindən hadisənin əsl mahiyyəti ilə barədə açıqlama

Son günlər Naftalan şəhərində baş vermiş bir hadisə ilə bağlı ölkə mətbuatında bir-birinə zidd məlumatlar dolaşmaqdadır. Valideynləri 21 yaşlı qızın polis tərəfindən oğurlanaraq işgəncəyə məruz qalmasını iddia edir. Bu barədə “Xəzər” televiziyasında yayımlanan “Səni axtarıram” verlişində də süjet efirə gedib. Daha sonra Daxili İşlər Nazirliyinin mətbuat xidməti bunu uçuz şou adlandırıb. Verlişin müəllifi Xoşqədəm Hidayətqızı isə sonrakı proqramda aldadıldığını deyib və polisə tərif verməklə məsələyə yenidən münaibət bildirib.
Hadisə ilə bağlı redaksiyamıza müraciət edən Naftalan sakinləri, zorakılığa məruz qalması iddia olunan qızın anası Afət Seyidi və qızın babası Mirdavud Seyidov hadisənin təfərrüatlarını anladıblar.
Mirdavud Seyidov Daxili İşlər Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin məlumatının ayrı-ayrı bəndlərinə də aydınlıq gətirib. Onu da qeyd edib ki, Orxan Mənsurzadə Naftalan Polis Şöbəsinin məlumatı əsasında belə açıqlama verib. Halbuki, oğlunun ölüm işi prezidentin nəzarətə götürdüyü bir işdir. Məsələ ilə bağlı həm Daxili İşlər Naziri Ramil Usubovun, həm də Baş Prokuror Zakir Qaralovun qəbulunda olub. Onlara işin detalları ilə bağlı təksibedilməz faktlar verib. Amma nə səbəbdənsə ölüm işində adı hallanan şəxslər cəzalanmaqdansa, onun ailəsinə qarşı yeni qanunsuz əməllər törədirlər. Ən dəhşətlisi isə bu işə Naftalan şəhər Polis Şöbəsinin cəlb edilməsidir.
Baş vermiş hadisənin detallarını şikayətçilərin öz dili ilə izləyicilərimizə təqdim edirik.
Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin mövqeyi olduğu üçün onlarla yenidən əlaqə saxlamağı lüzum bilmədik. Buna baxmayaraq, yeni detallar olarsa dərc etməyə hazırıq.

Saytların yığılması Saytlarin yigilmasi

[youtube https://www.youtube.com/watch?v=D_RQMOIShY4?feature=oembed&w=500&h=281]

azadliq.info

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button