2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Xəbərlər

Gənclər Saleh Rüstəmlini müdafiə kampaniyasına başlayıb

Bakı/14.12.21/Tuarn: Gənc fəallar sosial şəbəkələrdə həbsxanada 39 gündür aclıq edən, dekabrın 13-dən quru aclığa keçən Gədəbəy rayon İcra Hakimiyyətinin keçmiş başçısı, Qarabağ müharibəsi qazisi Saleh Rüstəmliyə dəstək məqsədi ilə kampaniyaya başlayıb.

Artıq onlarla gənc fəal sosial şəbəkələrdəki səhifələrində Azərbaycan prezidenti İlham Əliyevə Rüstəmlini azad etmək çağırışı ilə videomüraciətlərlə çıxış edib, fotoşəkillər yayıb.

 Xalq Cəbhəsi Partiyasının tərəfdarı Saleh Rüstəmov 2018-ci ilin mayında həbs edilib və “AXCP-nin qanunsuz maliyyələşdirilməsi” haqqında iş üzrə 7 il 3 ay müddətinə azadlıqdan məhrum edilib. Hüquq müdafiəçiləri onu siyasi məhbus kimi tanıyıblar. Sonradan Ali Məhkəmə cəza müddətini 2 ay azaldıb. Noyabrın 6-dan o, azad edilməsi tələbi ilə müddətsiz aclığa başlayıb.-0-

Saytların yığılması Saytlarin yigilmasi

 

Turan

“24 saat”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button