Bizim tərcüməDünya

G20 Sammitini qeyd edən anlar! Xi Jinping və Castin Trudeau arasında gərginlik

2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər

İndoneziyanın Bali adasında keçirilən G20 sammitində Çin prezidenti Si Cinpinqlə Kanadanın baş naziri Castin Trüdo arasında gərginlik yaşanıb. Xi Jinping Tryudo-nu sammit çərçivəsində keçirdikləri görüşü mətbuata sızdırmaqda ittiham edib. Çin və Kanada arasında gərginlik Huawei-nin icraçı direktoru Menq Vançjounun Kanadada həbsi ilə başlayıb.

Çin prezidenti Si Cinpin İndoneziyanın Bali adasında keçirilən G20 Sammitində görüşən Kanadanın baş naziri Castin Trüdoya reaksiya verib. İki lider arasında yaşanan gərginlik sammitin bağlanışında çıxışları zamanı kameralara əks olunub. Xi Jinping Tryudo-nu sammit çərçivəsində keçirdikləri görüşü mətbuata sızdırmaqda ittiham edib. Çin dilində danışan və əvvəlki gün zirvə toplantısının sızdırılmasına bir tərcüməçi vasitəsilə reaksiya verən Jinping, “Haqqında danışdığımız hər şey mətbuata sızdı və mən bunu uyğun hesab etmirəm” dedi. Jinping-in reaksiyasına Trudeau, “Kanadada azad, açıq və səmimi dialoqa inanırıq və davam edəcəyik. Konstruktiv birlikdə işləməyə davam edəcəyik, lakin razılaşmadığımız məqamlar olacaq” deyərək cavab verib.

Saytların yığılması Saytlarin yigilmasi

Trüdonun sözünü kəsən Cinpinin “Əvvəlcə şərtlərdən danışaq” ifadəsini işlətdiyi, daha sonra həmkarının əlini sıxdıqdan sonra iki liderin fərqli istiqamətlərə getdiyi görülüb.

Çin və Kanada arasında gərginlik Huawei meneceri Meng Wanzhou-nun Kanadada həbs olunması ilə başlayıb və Çinin hadisədən 9 gün sonra casusluq iddiası ilə 2 kanadalını həbs etməsi ilə iki ölkə arasındakı gərginlik daha da artıb.

Mənbə: İHA-Reuters

Tərcümə“24 SAAT”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button