2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
ÖLKƏGündəm

G7-nin xarici işlər nazirlərinin görüşündə Rusiyaya bir daha xəbərdarlıq edilib

Böyük Yeddiliyin (G7) xarici işlər nazirləri Rusiyanın Ukraynaya təcavüzünə qarşı xəbərdarlıqları daha da gücləndiriblər.

Dekabrın 11-də Liverpulda baş tutan görüşünün ilk günündə nazirlər təcavüz baş verəcəyi halda Rusiya iqtisadiyyatına ağır sanksiyaların tətbiq olunacağını bir daha təkrarlayıblar.

Saytların yığılması Saytlarin yigilmasi

Böyük Britaniyanın xarici işlər naziri Elizabet Truss bildirib ki, Rusiya xəbərdarlıqlara məhəl qoymasa, “cavabında böyük nəticələr və ağır xərclər olacaq və G7 bunda tamamilə həmrəydir”.

“Haqqında danışdığımız məsrəflər çox, çox sürətli həyata keçirilmək üçün nəzərdə tutulub.”

Truss həmçinin bildirib ki, G7 – Britaniya, Almaniya, Fransa, ABŞ, İtaliya, Kanada və Yaponiya – “azadlığı pozmağa çalışan təcavüzkarlara qarşı vahid cəbhə kimi mövqe tutmalıdırlar”.

ABŞ Dekabrın 11-də prezident Co Bayden də Rusiyanın Ukraynanı işğal edəcəyi təqdirdə dağıdıcı iqtisadi nəticələrlə üzləşəcəyi xəbərdarlığını təkrarlayıb.

Mənbə: AzadlıqRadiosu
“24 saat”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button