2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

G7 ölkələri İrana qarşı səfərbər olacaq

“Böyük yeddilik” (G7) ölkələri (Böyük Britaniya, Almaniya, İtaliya, Kanada, ABŞ, Fransa, Yaponiya) İranın Yaxın Şərqdə vəziyyəti destabilizə etmək cəhdlərinə qarşı səfərbər olacaq.

Bu barədə Britaniya baş naziri Tereza Mey açıqlama verib.

Saytların yığılması Saytlarin yigilmasi

Onun sözlərinə görə, G7-nin liderləri İtaliyada keçirilən sammitdə rəsmi Tehranın bu addımlarına qarşı müqavimət göstərmək barədə razılığa gəliblər.

Bundan başqa, sammit iştirakçıları İranın nüvə silahına çıxışını əngəlləmək üçün səylərini gücləndirəcəklərini bəyan ediblər.

Sammitdə Şimali Koreyanın nüvə silahını, ballistik raketləri mütəmadi olaraq sınaqdan keçirməsi də pislənib və rəsmi Pxenyana təzyiqi artırmağa qərar verilib.

İştirakçılar həmçinin Koreya yarımadasında münaqişənin həllinə dinc yolla nail olunmasını da zəruri hesab ediblər.

Qeyd edək ki, “Böyük yeddilik” ölkələrinin liderləri sammitdə terrorizm və ekstremizmlə mübarizə haqqında bəyannamə imzalayıblar.

Gültəkin

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button