Dünya

Gazprom-un səhmləri 30 faiz ucuzlaşıb   

Rusiyanın Gazprom şirkətinin səhmləri oktyabrın 10-da 29.7 faiz ucuzlaşıb. Moskva birjasının indeksi 8.7 faizə enib

Rusiyanın Gazprom şirkətinin səhmləri oktyabrın 10-da 29.7 faiz ucuzlaşıb. Moskva birjasının indeksi 8.7 faizə enib.

Bu, fevral ayında Rusiyanın Ukraynaya müdaxiləsinin başlanmasından sonra ən aşağı həddir.

Maliyyə təhlilçiləri səhm qiymətlərinin və birja indeksinin düşməsini Ukraynada müharibənin eskalasiyası, habelə divident verilməsinin dayandırılması ilə izah edirlər.

Xəbər verilir ki, oktyabrın 10-dan Gazprom səhmdarları ilin birinci yarısı üçün divident ala bilməyəcəklər.

Səhmdarların iclasının qərarına görə Gazprom-un bir səhmininn qiyməti rekord həddə – bir səhm üçün 51.03 rubla çatdırılmışdı.

Gazprom-un gəliri 2.6 dəfə artıb

Moskva birjası səhm qiymətlərinin kəskin düşməsi ilə bağlı satışı dayandırmamaq üçün Gazprom-un səhmlərinin diskret hərracını elan edib.

Bundan sonra səhmlərin qiyməti korrektə olunmağa başlayıb.

2022-ci ilin birinci yarısının nəticələrinə görə Gazprom şirkətinin xalis gəliri ötən illə müqayisədə 2.6 dəfə artaraq 2.51 trilyon rubla çatıb.

Gəlirin belə yüksəlməsi Avropada qaz qiymətlərinin kəskin artması ilə bağlıdır.

Rusiyanın Ukraynaya müdaxiləsinə görə və COVID-19 pandemiyasının iqtisadiyyata təsirləri ilə bağlı Avropada qazın qiyməti ötən illə müqayisədə 10 dəfə artıb.

Rusiya qazına sanksiyalar hələ də yoxdur

Rusiyanın Ukraynaya hücumuna görə Moskvaya qarşı sanksiyaların səkkiz paketi qəbul edilib.

Bu sanksiya paketlərinin heç birinə təbii qaz daxil deyil.

Bununla yanaşı Rusiya Avropa İttifaqının bir sıra ölkələrinə qaz verilməsini dayandırıb. Bəzi Aİ üzvlərinin özləri Rusiya qazından imtina ediblər.

2022-ci ilin iyununda Gazprom Şimal Axını 1 kəməri ilə Avropaya verilən qazın həcmlərini əhəmiyyətli dərəcədə azaldıb.

Moskva buna səbəbin sanksiyalara görə texniki çətinliklər olduğunu bildirib.

Aİ üzvləri Rusiyanı qazdan siyasi təzyiq aləti kimi istifadə etməkdə ittiham edirlər.

Moskva bu ittihamı rədd edir.

Sentyabrda Şinal Axını 1 və Şimal Axını 2 kəmərlərinin dörd qolundan üçü partlayış nəticəsində zədələnib.

24 saat” “
Gazprom-un səhmləri 30 faiz ucuzlaşıb   
” başlıqlı yazını “AzadliqRadiosu”na istinadən dərc edib

Xeberler

Gözdən qaçırmayın:  İran dronlarını bir neçə kilometrdən necə aşkar edirlər

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button