2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Gecə klubunda baş vermiş kütləvi davada 6 nəfər xəsarət alıb

Bakıda gecə klubunda baş vermiş kütləvi dava zamanı 6 nəfər xəsarət alıb.
Hadisə Nəsimi rayonunda qeydə alınıb.
Belə ki, Azadlıq prospektində yerləşən “Elita” klubunda stolüstü “Mafia” oyunu keçirilib. Bu zaman şəxsiyyətləri hələlik məlum olmayan 10 nəfər içəri daxil olaraq oyun iştirakçıları ilə mübahisə edib. Mübahisə zamanı yaranmış əlbəyaxa dava nəticəsində klubun xidmətçisi, şəxsi heyəti ilə yanaşı, bir neçə müştəri də xəsarət alıb.
Xəsarət alanlar 1957-ci il təvəllüdlü Məmmədov Rasim Gülbala oğlu, 1972-ci il təvəllüdlü Həsənov Akif Rafiq oğlu, 1995-ci il təvəllüdlü Əhmədova Lona Qulam qızı, 1985-ci il təvəllüdlü Ağaməmmədov İlqar Ələkbər oğlu, 1989-cu il təvəllüdlü Məmmədov Orxan Cəlal oğlu və 1989-cu il təvəllüdlü Qəribəli Vəli Zeynulla oğludur. Yaralılar xəstəxanaya yerləşdirilib.
Faktla bağlı hadisə yerinə Nəsimi Rayon Polis İdarəsinin 21-ci Polis Bölməsinin əməkdaşları cəlb edilib. “Elita” klubu müvəqqəti olaraq fəaliyyətini dayandırıb.
Qeyd edək ki, sözügedən klubda bir neçə il bundan öncə də silahlı insident qeydə alınıb.
Report

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi
Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button