2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Cəmiyyət

Gecə erməni küçəsində qalan azərbaycanlılar

Bu günlərdə Moldovada səfərdə olan “Kəpəz”in “Daçiya” ilə görüşünü izləməyə gedən yerli jurnalistlərimizin və azarkeş dəstəsinin başına qəribə hadisələr gəlib.

Oyundan sonra Kişinyovun “Armyanski” küçəsində qalan həmyerlilərimizdən biri, “HetTrik news” qəzetinin baş redaktoru İlqar Tağıyev aznews.az-a müsahibəsində yaşadıqlarından danışıb: “Məndən başqa orada “Kəpəz”in mətbuat xidmətinin rəhbəri Azad Musatafayev, klubun operatoru Zamiq İmanov və milli dəstə fan klubunun rəhbəri Şamil Mustafayev var idi.

Saytların yığılması Saytlarin yigilmasi

… Hadisə “Kəpəz”in qələbəsindən sonra baş verdi. Biz oraya “Kəpəz”in qələbəsini qeyd etməyə getmişdik. Şamil “Kəpəz”i dəstəkləmək üçün Hollandiyadan ora gəlmişdi, səfər boyu komandanı tək buraxmamışdı. Şamil ora gələndə qalmağımız üçün hosteldə yer göstərmişdi. Onun əşyaları da həmin hosteldə idi. Çünki özü 2 gün idi ki, orada qalırdı. Biz qərara gəldik ki, Şamilin əşyalarını götürüb mehmanxanaya gedək. Saat haradasa 03:30 olardı.

Şamilin əşyalarını götürdükdən sonra boş taksi tapa bilmədik.

Təxminən yarım saat həmin küçədə qalmalı olduq. Orada moldovalı biri bizə köməklik etdi, onun sayəsində taksi tapıb mehmanxanaya getdik”.

İlqar Tağıyev Moldovada qarşılaşdıqları başqa bir hadisə barədə də danışıb: “Oyun ərzində bir insident oldu. Bildiyim qədərilə bu barədə mətbuatda xəbər getməyib. Belə ki, bizə – azərbaycanlı azarkeşlərə sektor ayrılmışdı. Moldova Azərbaycanlıları Konqresinin 30-40 nəfər üzvü də Şamilin təşkilatçılığı ilə oyunu izləməyə gəlmişdi. Oyundan sonra yerli komandanın tərəfdar qrupu azərbaycanlı azarkeşlərin əllərindən Azərbaycan bayraqlarını almışdı. Amma sonradan öyrəndik ki, polis həmin xuliqanlıq edən azarkeşləri də tutub, bayrağı həmvətənlilərimizə geri qaytarıblar”.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button