2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Gecə ölüm qoxuluydu

Zümrüd Yağmur

Bəzən dünya birinə çox ərk edər. Sanki bütün fırtınalarını onun başında sovuracaqmış kimi. Sovurur da. Sonra yorğun atları gülləyərmiş kimi, o BİRinin yorğun düşmüş duyğularına zülmət bir gecənin qaranlığında soyuqqanlı şəkildə bir atəş açılar və hamının yaşadığı sandığı o BİRi ölür əslində…

Saytların yığılması Saytlarin yigilmasi

O BİRi bilir zatən, dünya onun başında fırlanmır, günəş də onun üçün batıb-çıxmır. Varlığı, bu gün dünyada olub-olmaması hər gün yanından ötüb keçən, ya da özünü doğma, yanırmış kimi göstərən, hətta vicdanının ehsanı üçün özünü yaxşılıq etməyə zorlayan biriləri üçün onun yoxluğu heç nə ehtiva etməyəcək. Ona görə yox ki, “onlar” pisdi. Yox, ona görə ki, “həyatın beləliyinə” olan inamımıza sığınıb, milyon illərdir eyni şəkildə yaşayırıq.

O BİRinin ölümü də “həyat belədir” kəlimsinin ucundakı bumbuz həqiqətdən başqa bir şey deyil.

***

O BİRi pəncərənin önündə durmuş, içi bomboş və zülmət. Sükut başında halay çəkir və gözlərini gecənin zülmətinə dikib ölümə keçidlə bu gecə arasında bir bağlantı qurmaq istəyir. Əlini bətnindəki ölümün üzərinə qoymuş, onu sanki bərk-bərk qucaqlayıbmış kimi… Orda, bətnində həyat gəzdirə biləcəyi halda, ölüm gəzdirən o BİRi ölümdən deyil, onun keçidindən qorxur və hər gecə  pəncərənin önündə dayanıb zülmətlə o mücərrəd keçidi bağdaşdırıb, ölümə hazırlaşırmışcasna gözlərini yumur, bədəninin hərəkətsizliyi və çəkisizliyini hiss edə-edə ölümü yaşamadan öncə onu duymaq istəyir.

Nəfəsi  ölüm qoxuyurdu. Ağzının tamı belə ölüm dadırdı… Başını qaldırıb göy üzünə baxır. Ulduzları, ayı öz acısına şahid çəkmək istəmişcəsinə…, ya da mələklərin varlığına inanıb həmin anda onlarından birinin onu hifz etməsi üçün dua etmək keçir içindən. Olmur – dualar dilində daş olmuş, Tanrı ilə rabitəsi zəifləmiş…

Ya da bəlkə onunla danışmağa üzü yox?! “Mən”dəki əmanətinə xəyənətdən ola bilərmi?!

Özünü bağışlaya biləcəkmi?

Dualar dilində daş olmuş amma, o andaca daş olmuş dlindən daş kimi soyuq bir kəlimə qopar – “səni sevirəm” deyə pıçıldayar…

Ölüməmi, Tanrıyamı, ahına tuş gəldiyini düşündüyü mələklərəmi? Bu sevgi kimə, onu belə bilməz o BİRi…

Olümə! Buna inanmaq istəyir. Onu sevmək də deyil, əslində, ölümə həmin anda yarınmaq, bəlkə onu sevgi ilə ram edə bilmək inancının verdiyi gücdü?! Ya da bəlkə gerçəkdən onu sevmək istəyir, içində yorğun düşümüş duyğularını, hisslərini ona tabe edib, onun da Onu sevəcəyinə inanmaq istəyir.

Bütün bunlar düşüncəsindəki zülmətdə gecənin zülmətində ani çaxan ildırım kimi çaxıb gedir. Heç bir iz qoymadan… Arxaya ancaq iki kəlimə sözün enerjisi qalır.

***

Bəzən içindəki şəfqət və ya mərhəmət hissi üçün qəlbinə, qüruruna, dəyərlərinə minnətçi düşərsən. Onlardan  duyğlarına canlılıq vermək üçün izn ala bilməkdən ötürü xahişçi olursan. Belə bir şeydən ötürü onlara minnətçi düşdüyündən, ya da yanlışını üzünə çırpmaqdan ötürü sənə izn verilir. Və o duyğuların canlılıq qazanan kimi onları tükədən kəslər və hər şeydən üz çevirib getmək istədiyin tək, o da indi üz çevirib getmək istər.

Bir sevda ararkən ölümün ona sevdalandığını kimsəyə söyləmədən, səssiz-səmirsiz…

Amma qeyri-ixtiyarı əlini uzadıb telefonunu açar, olan ad siyahısının üzərində oynayan barmaqları əsər, nəyi, kimi axtarır, bilməz, amma o adlardan hənirti almaq, nəsə paylaşmaq, başını ona həyatı xatırladacaq  bir ürəyin döyüntüsünü dinləyə biləcəyi sinəyə dayamaq istəyər. Ağzındakı ölüm dadını onun  ağzının həyat dadına qarışdırmaq, ölümə söylədiyi “səni sevirəm” kəliməsini birinin qulağına söyləmək istəyinin axtarışına inadla davam edər. Onu bu qədər sevən, alıb özü ilə aparmaq istəyən ölümün inadına birinin “səni sevirəm” kəliməsi ilə ölümə savaş açmaq istərmişcəsinə adların üstündən keçər, keçər…

İnad edər, o bir kəliməni duymaq üçün inad edər.

Bitdi…

Sevəcək kimsə yox…

***

O birinin “sevirəm” kəliməsi ölümün payına düşür yenə…

Bəlkə də ən etibarlı, dürüst, sədaqətli, ləyaqətli olan ölümdü?

Bəlkə də həyat qoxuyan gecələrdə axtardığı, “səni sevirəm” demək istədiyi birindən daha güvənilir və etibarlı…

Buna da inanmır, onu indi bu qədər istəyən ölüm bir azdan başqa birinə eyni həyacan və sevgi ilə sarılacaq, eyni şəkildə onu istəyəcək, özününkü edəcəkdi. Sonra onu da öz soyuq nəfəsi ilə öldürüb başqa bir ölüm sevdasının arxasından yelkən açacaqdı.

Ölüm belə sədəqətli deyil. Tək səninki, sənin olan deyil…

***

Üşüyür, sərsəm bir şəkildə özü üçün deyil, bətnindki ölümə görə əndişələnir, elə sərsəm bir şəkildə də onu soyuqdan qorumaq istəmişcəsinə qollarını sevgilisinin boynuna dolayırmış kimi, bətnini daha da möhkəm qucaqlamağa çalışır. Bir vaxtlar bətnində böyüdüyünü hiss etdiyi körpəsini qorurmuş kimi… Körpəsini atışlarından hiss etdiyi kimi, ölümü də sancılardan, ağrılardan hiss edə bilir. İndi ölümdü körpəsi, günahsızdı, ölüm olduğu üçün günahkar deyildi, ona nifrət belə edə bilməz…

***

Bu vaxta qədər ona bir dəfə də olsun alınmayan çiçəklərin həsrət nisgilli qoxusunu sanki indi hiss edə bilmək üçün dərindən nəfəs alır.

Gecə ölüm qoxuluydu!

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button