2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Gec müraciət edən vətəndaşlar neçə ayın müavinətini alacaq? – RƏSMİ AÇIQLAMA

Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Anar Kərimov birdəfəlik ödəmələrlə bağlı gec müraciət edən şəxslərə neçə aylıq ödənişlərin verilməsi məsələsinə aydınlıq gətirib.

az24saat.org  xəbər verir ki, nazir müavini bu barədə Real TV-nin efirində açıqlama verib.

“Müraciətlərlə bağlı ilkin qərar veriləndə aprelin əvvəli idi və xüsusi karantin rejimi (XKR) 20 aprelə kimi davam edəcəyi gözlənilirdi. Aprel ayının ortalarında artıq vəziyyət təhlil olundu və qərara gəlindi ki, XKR 4 mayadək uzadılacaq.

Saytların yığılması Saytlarin yigilmasi

Bunun əsasında ölkə başçısı tərəfindən növbəti humanist addım kimi qərar verildi ki, müavinət veriləcək hədəf qrupu 3 dəfə artırılsın – 200 mindən 600 minə çatdırılsın. Bu eyni zamanda vətəndaşlarımızın müraciəti üçün əlavə vaxt yaratdı. Yəni artıq vətəndaşlarımız tələsmədən 4 mayadək müraciət edə bilərlər. Digər bir vacib məqam da odur ki, hətta mayın ilk həftələrində müraciət etmiş vətəndaşlarımız da iki aylıq müavinət ala biləcəklər. Çünki ilkin olaraq bu müavinət bir aylıq nəzərdə tutulurdusa, hazırda yeni tapşırığa əsasən bu müavinət iki ay məbləğində veriləcək. Ona görə may ayı ərzində müraciət etmiş vətəndaşlarımız iki aylıq məbləğdə bu müavinəti ala biləcəklər. Düşünürük ki, əlavə təlaşa ehtiyac yoxdur”, – deyə A.Kərimov bildirib.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button