Now Reading:
General mitinqlə bağlı xəbərdarlıq etdi

Bakı şəhər Baş Polis İdarəsi (BŞBPİ) Milli Şuranın aprelin 14-də keçirəcəyi mitinqlə bağlı xəbərdarlıq edib.

İdarənin rəis müavini, polis general-mayoru Səhlab Bağırov APA-ya açıqlamasında bildirib ki, Milli Şuranın Bakı şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmış mitinqində hər hansı təxribata imkan verilməyəcək:

“Biz mitinqin təşkilatçılarını Bakı şəhər Baş Polis İdarəsinə dəvət etmişik. Onlara xəbərdarlıq ediləcək. Mitinqdə aksiyanın keçirilməsi üçün Bakı şəhər İcra Hakimiyyətinə ünvanlanan müraciətdə qeyd olunan şüarlardan fərqli şüarların səslənməsinə, həmçinin iğtişaşa və qarşıdurmaya səbəb ola biləcək hər hansı addımın atılmasına imkan verilməyəcək. Əks təqdirdə, mitinqin təşkilatçıları və günahkarlar qanun çərçivəsində cəzalandırılacaqlar”.

Qeyd edək ki, Milli Şura aprelin 14-də keçmiş “Məhsul” stadionunda mitinq keçirmək üçün Bakı Şəhər İcra Hakimiyyətinə (BŞİH) müraciət edib.

BŞİH Milli Şuranın müraciətinə müsbət cavab verib.

SİZ DƏ FİKRİNİZİ YAZIN

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

24saat.org@gmail.com
Çəkdiyiniz videoları bu ünvana yollamaqla bizimlə əməkdaşlıq edə bilərsiniz! Telefon - 055 239-48-36
Input your search keywords and press Enter.