Loading...
Loading...
Gündəm

General Nazim Məmmədov Kəmaləddin Heydərova sürücülük edibmiş

Fövqəladə Hallar nazirinin müavini, general-leytenant Nazim Xeyrulla oğlu Məmmədov vəzifəsindən kənarlaşdırılıb.

Məlumata görə, nazir müavinin bir müddətdir səhhətində ciddi problemlər yaranıb.

Nazim Məmmədovun səhhətində yaranan problemin əsas səbəbi barədə redaksiyamıza məlumat daxil olsa da, informasiyanı dəqiqləşdirməyə çalışdığımız üçün yayımlamağı məqbul hesab etmirik.

Qeyd edək ki, 70 yaşı olan Nazim Məmmədov 2007-2018-ci illər Dövlət Gömrük Komitəsinin sədr müavini olub, 2018-ci ildən Fövqəladə Hallar nazirinin müavini vəzifəsini tutur.

Onun oğlu Mustafa Məmmədov da uzun müddət Dövlət Gömrük Komitəsində, daha sonra FHN-də bir sıra vəzifələrdə çalışıb.

Vəzifəsindən kənarlaşdırılan Fövqəladə Hallar nazirinin müavini, general-leytenant Nizami Məmmədov 48 yaşında diplom alıbmış.

Nazim Məmmədov 1951-ci ildə anadan olub. 1999-cu ildə isə Elm və Təhsil Mərkəzi “Təfəkkür” Universitetinin hüquq fakultəsini bitirib. 1999-cu ildə general-leytenantın 48 yaşı olub. Onun bundan əvvəl hansısa ali məktəbi bitirməsi barədə tərcümeyi-halında hər hansı qeyd yoxdur.

Nazim Məmmədov universiteti 1999-cu ildə bitirməsinə bamayaraq, 1995-ci ildən Dövlət Gömrük Komitəsində çalışıb. Həmin vaxt qurumun sədri indiki Fövqəladə Hallar naziri Kəmaləddin Heydərov olub.

2007-ci ildə isə Nazim Məmmədov DGK sədrinin müavini təyin olub və general-leytenant rütbəsi alıb.

Mediada gedən bəzi məlumatlara görə, Nazim Məmmədov vaxtilə Kəmaləddin Heydərovun sürücüsü olub. Onun baytarlıq işçisi olduğu barədə də məlumatlar var.

Məsələ ilə bağlı Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətinin rəhbəri Gülçin Mehdiyevanın mövqeyini öyrənməyə çalışdıq. Bir neçə gün ərzində etdiyimiz bütün cəhdlər nəticəsiz qaldı.

Mənbə Qaynarinfo.az

Gözdən qaçırmayın:  Jitomir bombardumandan sonra - DƏHŞƏTLİ GÖRÜNTÜLƏR

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button