2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
GündəmXəbərlər

General Şahmar Paşayevin banka külli-midarda borcu üzə çıxdı

Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin rəisi, general-mayor Şahmar Ənvər oğlu Paşayevin ləğv prosesində olan Qafqaz İnkişaf Bankı ASC-ə külli miqdarda borcu var.

24saat.org AzNews.az-a istinadən xəbər verir ki, generalla bank arasında borc məsələsi uzun müddətdir ki, davam edir.

Belə ki, 2018-ci ilin oktyabr ayının 10-da Ali Məhkəmənin hakimi Ənvər Şadıyev aşağı instansiya məhkəmələrinin qərarlarını ləğv edib. İş yenidən baxmaq üçün apellyasiya məhkəməsinə göndərib.

Saytların yığılması Saytlarin yigilmasi
Qeyd edək ki, məhkəmə prosesində iddiaçı kimi ləğv prosesində olan Qafqaz İnkişaf Bankı ASC, cavabdeh qismində isə Paşayev Şahmar Ənvər oğlu, Alza Holding-1 MMC və Həziyev Əli Həsən oğlu tanınıb.

İddiaçı məhkəmədə ilkin olaraq borcun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi tələbi qoyub. Qarşılıqlı tələb kimi isə ilkin iddia tələblərinin qanunsuz hesab edilməsi qoyulub. Ancaq Ali Məhkəmə iddiaçının tələbini təmin etməyərək generalın xeyrinə qərar çıxarıb. Çıxarılan qərardan narazı qalan, ləğv prosesində olan Qafqaz İnkişaf Bankı ASC apellyasiya şikayəti verub. Şikayətə fevral ayının 19-da Bakı Apellyasiya Məhkəməsinin hakimi Elnur Həsənovun sədrliyi ilə keçiriləcək iclasda baxılacaq.

Xatırladaq ki, Ş.Paşayev ötən əsrin axırlarında Xətai rayonu RPİ-nin 37-ci polis bölməsinin rəisi vəzifəsində işləyərkən gündəmə gəlib. O, uzun illər həmin vəzifədə işləyəndən sonra Yasamal RPİ-nin rəisi vəzifəsinə təyin olunub. Sonrakı illərdə xeyli dəyişikliklər baş verib.

Bakı BPİ rəisinin birinci muavini işləyən Cavadağa Sultanov vəzifəsindən azad olunub və bu posta yenə də Şahmar Paşayev gətirilib. 2007-ci ildə Ş. Paşayev Şirvan şəhərinin, Şamaxı rayon Polis Şöbəsinin rəisi işləyir.

2014-cü ilin aprel ayında müəyyən səbəblərdən Daxili İşlər orqanlarından xaric edilir. Həmin vaxt Ş.Paşayev mətbuata açıqlamasında işdən öz ərizəsi ilə çıxarıldığını, buna səbəb kimi isə səhhətində yaranmış problemləri, artıq işləyə bilmədiyini əsas göstərir.

Lakin cəmi bir neçə ay sonra o tamam başqa bir nazirliyə vəzifə tutur.

Belə ki, fövqəladə hallar naziri Kamaləddin Heydərovun əmri ilə, Ş.Paşayev 2015-ci ilin yanvar ayında FHN-in Kiçik Həcmli Gəmilər üzrə Dövlət Müfəttişliyinin rəisi vəzifəsinə gətirilir. Bir neçə ay sonra isə (18 noyabr 2015) o daha yüksək vəzifəyə təyinat alır.

Nazirin əmriylə Ş.Paşayev Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin rəisi təyin edilir. Sonra isə Paşayev FHN sistemində general rütbəsinə layiq görülür.

24saat.org qeyd edir ki, Şahmar Paşayevin oğlu Tural Paşayevdə FHN-də idarə rəisidir.

Generalın digər oğlu Turabi Paşayev isə Daxili İşlər Nazirliyi sistemində yüksək vəzifə tutur. O, hazırda Binəqədi RPİ-nin 7-ci polis bölməsinin rəisidir.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button