2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

General Samvel Babayan Ermənistan ordusunun zəiflyindən danışdı

Bir vaxtlar Ermənistan ordusunun Dağlıq Qarabağdakı işğal bölmələrinə rəhbərlik etmiş general Samvel Babayan erməni ordusunun zəifliyindən danışıb.

ANS PRESS-in məlumatına görə, «7or.am» portalına müsahibə verən Samvel Babayan aprel döyüşlərində Ermənistan ordusunun üzləşdiyi uğursuzluğu ölkə rəhbərliyinin səhvləri ilə əlaqələndirib.

Samvel Babayan bildirib ki, bu barədə hələ 2013-cü ildə Ermənistan rəhbərliyinə göndərdiyi məktubunda bildirib. O, məktubunda Azərbaycan ordusunun gücləndiyi barədə məlumat verdiyini deyir. Onun sözlərinə görə, 2011-ci ildə Kazan şəhərində baş vermiş görüşdən sonra Azərbaycan və Ermənistan rəhbərliyinin tamamilə əks nəticələr çıxarıb: «Azərbaycan həmin vaxta qədər də öz ordusunu yetərincə modernləşdirməyi bacarmışdı, görüşdən sonra proses yeni impuls aldı. Ermənistan rəhbərliyi isə tam əksinə hesab etdi ki, Azərbaycan təklif edilən nizamlama prinsiplərindən imtina etməklə təcrid olunacaq və hərbi əməliyyatlara başlamağa cürət etməyəcək».

Saytların yığılması Saytlarin yigilmasi

Beynəlxalq analitik qrupların yaydığı məlumatlar bu məsələdə erməni generalın dediklərinin doğru olduğunu ortayap çıxarır. Məsələn, Stokholmda mənzillənmiş SİPRİ sülh araşdırmaları institutunun tədqiqatlarına görə, 2005-ci ildən başlayaraq qoyulan vəsaitlərə görə Azərbaycan Ordusu Ermənistan ordusunu dəfələrlə üstələyir. Məsələn, zirehli texnikanın sayına görə, Azərbaycan Ordusu 4 dəfə güclüdür.

Erməni general aprel döyüşlərində kömək etmədiyinə görə Rusiyanı günahkar sayanları da tənqid edib. O hətta Birinci Qarabağ müharibəsində Ermənistanın Azərbaycan torpaqlarını Rusiyanın yardımı olmadan işğal etdiyini iddia edib: «Heç vaxt qələbə ümidini xarici qüvvəyə bağlamaq olmaz. İlk öncə, öz gücümüzə və imkanlarımıza güvənməliyik. Rusiya Qarabağda heç vaxt bizim yerimizə vuruşmayıb, vuruşmayır və vuruşmayacaq da».

Söylənən sözlərin pafosuna baxmayaraq bir çox erməni şərhçiləri Samvel Babayanın sözlərinə inanmadıqlarını vurğulayıblar. Məsələn, tanınmış erməni şərhçi Naira Hayrumyan Samvel Babayanın bir xeyli müddət yaşadığı Rusiyadan Ermənistana dönüşünü imperiyanın korlanmaqda olan imicinin bərpa cəhdi kimi dəyərləndirib: «Hər bir müharibədən sonra qəhrəmanlar yaratmaq prosesi başlayır, çünki dövlət özü qəhrəman ola bilmir. Birinci Qarabağ müharibəsindən sonra fidainlər (Qarabağda döyüşmüş ermənilər – red.) qəhrəman elan edildilər. Onlar da tezliklə erməni dövlətinin deyil, imperiyanın maraqlarına xidmət edən hakim sistemin tərkib hissəsinə çevrildilər. Görünür, Samvel Babayanın da  missiyası Rusiya Ermənistanda xeyli korlanmış obrazını yaxşılaşdırmaqdır».

Birinci Qarabağ müharibəsinin cəlladları - Robert Koçaryan, Monte Melkonyan, Bako Saakyan və Samvel Babayan

Birinci Qarabağ müharibəsinin cəlladları – Robert Koçaryan, Monte Melkonyan, Bako Saakyan və Samvel Babayan

Samvel Babayan Qarabağa gedəcəyini və 10 aya Ermənistan üçün çox keyfiyyətli bir ordu quracağını iddia edir. Heç bir hərbi təhsil olmayan, bəzi üçüncü qüvvələrə, erməni şərhçinin təbirincə imperiya qüvvələrinə göstərdiyi xidmətə görə sıravi əsgərdən iki ilə general-mayor rübtəsinə qaldırılmış bir terrorçunun bunu deməkdə nələri nəzərdə tutuması aydındır. Bu sıraya hərbçi şərəfinə ləkə gətirən hər cür azğınlıq daxil ola bilər. Buna görə də Azərbaycan ordusu ayıq olmalı, Samvel Babayan kimi azğınların şeytani addımlarını bələyində boğmalıdır.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button