Now Reading:
Generalın oğlu hökmlə razı deyil

Xuliqanlıqda ittiham olunan Rüstəm Orucov və Pərviz Abbasovun barələrində olan hökmdən ilkin apellyasiya şikayəti verilib.

Bu barədə R.Orucovun vəkili Kamandar Nəsibov bildirib.

Vəkil hüquqlarını müdafiə etdiyi şəxs barəsində bəraət hökmünün çıxarılmasını istəyir.

Qeyd edək ki, R.Orucov 4 il 6 ay müddətinə azadlıqdan məhrum edilb. R.Abbasovla K.Vəliyev hər biri 1 il 6 ay müddətinə azadlıqdan məhrum ediliblər. Onlar məhkəmə zalında həbs olunublar.

Hüquq-mühafizə orqanlarının yaydığı məlumatda bildirilib ki, keçən il iyulun 3-də Bakı şəhər sakini Rüstəm Orucov sürücülük hüququndan məhrum olunmasına baxmayaraq, idarə etdiyi “BMW” markalı, 10-OG-300 dövlət nömrə nişanlı avtomobillə yol hərəkəti qaydalarını pozduğuna görə ona əsaslı irad bildirmiş sürücü Sənan Səmədovun idarə etdiyi marşrut avtobusunu 8 dayanacaq təqib edərək sərnişinlərin narahatlığına və insanlarda vahiməyə səbəb olub, vətəndaşların gözü qarşısında bir qrup şəxslə həmin sürücüyə xəsarətlər yetirərək xuliqanlıq edib.

Onu da qeyd edək ki, R. Orucov Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin həqiqi hərbi xidmətə çağırış üzrə sabiq müavini – Həqiqi hərbi xidmətə çağırış baş idarəsinin keçmiş rəisi, general Novruzəli Orucovun oğludur. N. Orucov hadisədən sonra tutduğu vəzifədən azad edilib.

SİZ DƏ FİKRİNİZİ YAZIN

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

24saat.org@gmail.com
Çəkdiyiniz videoları bu ünvana yollamaqla bizimlə əməkdaşlıq edə bilərsiniz! Telefon - 055 239-48-36
Input your search keywords and press Enter.