2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Generalların görüş üçün Bakını seçməsinin daha bir SİRRİ AÇILDI – HƏRBİ MƏNBƏ

Rusiya Müdafiə Nazirliyindəki mənbə ABŞ Silahlı Qüvvələrinin qərargah rəisləri komitəsinin sədri, general Cozef Danfordla Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov arasında hazırda Bakıda görüşün davam etdiyini açıqlayıb.

Publika.az xəbər verir ki, “Vedomosti” saytına danışan mənbə görüşdə ABŞ və Rusiya arasında qarşılıqlı hərbi təsirin perspektivlərinin müzakirə olunduğunu deyib.

“Həmçinin, tərəflər hərbi hadisələrin qarşısının alınması məsələləri və dünyanın böhranlı regionlarında təhlükəsizlik sahəsindəki vəziyyət haqda fikir mübadiləsi aparır”, – deyə mənbə bildirib.

Saytların yığılması Saytlarin yigilmasi

Hərbi mənbə qeyd edib ki, görüşün məhz Bakıda keçirilməsi təsadüfi deyil: “Dabford Yaxın Şərq üzrə səfərə çıxıb. Azərbaycan isə həm ABŞ, həm də Rusiya ilə hərbi sahədə yaxşı münasibətlərə malikdir”.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button