2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
SEÇMƏ

Geopolitik yanğın – 24 saat

Gözlənildiyi kimi, Ukrayna böhranı postsovet regionunda ciddi dəyişikliklərin əsasını qoyub. Qərbin Rusiyaya total təzyiqləri artdıqca Ukraynaya dəstəyin miqyası ölçüyəgəlməz miqyas alır və bu da bölgə dövlətlərinin, o cümlədən Azərbaycanın xarici siyasət prioritetlərində əhəmiyyətli dəyişikliklərə səbəb olur.  

Son aylarda bu istiqamətdə iki mühüm dəyişiklik var:

– Rəsmi Bakı Ermənistanla münasibətlərin nizamlanması prosesində Qərblə ciddi əməkdaşlıq edir və prosesin bu müstəvidə davam etməsində maraqlıdır;

Saytların yığılması Saytlarin yigilmasi

– ABŞ və Avropa İttifaqı Cənubi Qafqaz regionuna, o cümlədən bölgənin ən böyük ölkəsinə xüsusi diqqət ayırır. 

Son günlər ard-arda Bakıya təşrif buyuran qonaqların missiyaları da bundan xəbər verir. Məsələn, aprelin 28-də ABŞ-ın Azərbaycan, Gürcüstan və Ermənistandakı səfirləri, dövlət katibinin köməkçisinin müavini Erika Olson, Qafqaz danışıqları üzrə baş müşaviri (SACN) Endryu Şofer, ABŞ-ın Avropa və Avrasiyaya yardım üzrə əlaqələndiricisi vəzifəsini icra edən Qreq Naarden ABŞ-ın Azərbaycandakı Səfirliyinin ev sahibliyi etdiyi Missiya Rəhbərlərinin regional toplantısında iştirak ediblər.

Bu barədə ABŞ-ın Azərbaycandakı səfirliyinin yaydığı məlumatda deyilir: “Bölgədən və Vaşinqtondan olan həmkarlar fikir mübadiləsi aparmaq üçün toplaşıblar. Birləşmiş Ştatlar Azərbaycan, Gürcüstan və Ermənistanla diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümünü qeyd edərkən biz tərəfdaşlığımızı gücləndirməyə və Cənubi Qafqaz xalqları üçün daha təhlükəsiz, sabit və firavan gələcəyin təmin olunması naminə sadiqliyimizi vurğulayırıq”.

Beləliklə, Vaşinqtondan və Brüsseldən Bakıya verilən mesajlarda 3 əsas istiqamət diqqət çəkir.

– Bölgənin dinc, demokratik inkişafı, təhlükəsizliyin gücləndirilməsi;

– Münaqişələrin zor tətbiq etmədən, diplomatik yolla həlli;

– Enerji əməkdaşlığının genişlənməsi və Avropaya yeni tranzit imkanlarının yaradılması, ixrac həcminin artırılması.

Hər 3 istiqamət uzun illərdir bölgəni hərbi-siyasi nəzarətində saxlayan Rusiyanın maraqlarına ziddir. Kreml bölgə ölkələrini, o cümlədən Azərbaycanı çəkindirmək üçün əlindəki təzyiq alətlərindən yararlanmağa çalışır. Bu barədə ətraflı bir qədər sonra. 

Aprelin 28-də axşam saatlarında Azərbaycanın qida sektorunun ən böyük oyunçusu Azərsun Holdinqə məxsus Aqrar Sənaye Parkının 5 hektarlıq istehsalat və təchizat bazası yanaraq külə döndü. Dəyəri on milyonlarla dollarla ölçülən tonlarla yağ və başqa ərzaq məhsulları külə döndü, dünyada ərzağın qıtlaşdığı və bahalaşdığı indiki dövrə bu hadisə ölkəyə böyük zərər vurub. Azərbaycanın pulu var, amma ölkənin idxaldan asılı olduğu qida məhsullarını hansı ölkədən alacağı sual doğurur. Ukrayna müharibə içindədir, sanksiyaların çökdürməkdə olduğu Rusiya ixracı məhdudlaşdırıb…

Yuxarıda qeyd olunan geopolitik dəyişikliklərlə bu yanğın arasında paralellik aparan ekspertlər var. Onların arqumentlərində üst-üstə düşən məqamların sayı hədsiz çoxdur.

Bu gün Prezident İlham Əliyevin ADA Universitetində keçirilən beynəlxalq konfransda səsləndirdiyi mesajlar da aydın və ünvanlı idi. Onun dediklərini hazırkı geosiyasi savaşda strateji seçim kimi dəyərləndirmək də mümkündür. Çünki orada Ukrayna böhranı, Ermənistanla münaqişənin Rusiyasız həlli ilə bağlı konkret  ifadələr var:

Mayın əvvəllərində Brüsseldə Azərbaycan və Ermənistan nümayəndələrinin görüşünü təşkil etmək planı var;

Bu açıqlama rəsmi Bakının Avropa İttifaqının münaqişənin həlli təşəbbüsünə davamlı dəstəyini, əksinə, müharibədən sonra Rusiyanın apardığı nəticəsiz prosesdən imtinanı ehtiva edir. Davamına baxaq:

Biz öz ərazimizdə vuruşurduq. Ona görə də həmin məsələ baş tutmadı. Amma hamımız bildiyimiz kimi, 44 günlük müharibə boyu mütəmadi olaraq gündə bir neçə dəfə Rusiyadan Ermənistana silahla dolu yük təyyarələri gəlirdi;

Biz digər ölkələr kimi Ukraynanın ərazi bütövlüyünü dəstəkləyirik və bunu açıq bəyan edirik, ağacın arxasında gizlənmirik. Bəli, biz Rusiya ilə yaxşı münasibətlərimiz olduğunu inkar etmirik. Beynəlxalq hüququn prinsipləri heç bir halda siyasi üstünlük səbəbindən təhrif edilməməlidir;

Ukraynaya tövsiyə edirik ki, işğal faktı ilə heç vaxt barışmasınlar və ancaq öz resurslarına güvənsinlər;

Biz Gürcüstanın və Moldovanın da ərazi bütövlüyünü dəstəkləyirik və s. 

Təhlükəsizlik sahəsi üzrə ekspert İlham İsmayıl Presklub.az-a şərhində sözügedən yanğın olayını regionda təsvir olunan proseslərin kontekstində dəyərləndirib:

“Miqyasından asılı olmayaraq, istənilən fövqəladə hadisə baş verəndə iki versiya irəli sürülür – bu qəzadır, yoxsa təxribat? Hər iki versiya üçün də müxtəlif versiyalar üzərində əməliyyat, istintaq tədbirləri həyata keçirilir. Sonda ən realı olan üzərində dayanılır. Azərsun Holdinqə məxsus Aqrar Sənaye Parkında baş verən yanğın hadisəsinin baş vermə səbəbləri də bu istiqamətdə təhqiq olunacaq. Artıq hüquq-mühafizə orqanlarının rəsmi məlumatlarından da məlum olur ki, təhqiqat işləri başlanıb. Təxribat ola bilərmi? Azərbaycan ətrafında illərdir baş verən hadisələr, geosiyasi mübarizədə qlobal güclərin maraqlarının toqquşması, Qarabağda baş verənlər, şimaldan və cənubdan Azərbaycanın xarici siyasət kursu ilə bağlı ittihamlar, İslam bayrağı altında radikal dindarların fəaliyyəti və s. münasibətlər cəmiyyətdə elə təsəvvür formalaşdırıb ki, baş verən adi qəzalar da xarici qüvvələrin əməli kimi qəbul olunur. Ona görə də sosial şəbəkələrdə bu yanğının da təxribat olması barədə fikirlər səsləndirilir və qeyd etdiyimiz kimi, burada qeyri-adi heç nə yoxdur. Adətən təxribatların mahiyyətində nə dayanır? Ölkəyə xəbərdarlıq, təzyiq, hansısa siyasi kursdan çəkinmək və s. Terroru səciyyələndirən bu amillər bizim üçün indiki halda nə dərəcədə uyğundur? Rusiyanın Ukraynaya qarşı apardığı müharibə fonunda bir sıra variantlar irəli sürmək olar. 

Birincisi, cəmiyyət olaraq Ukraynaya açıq dəstək veririk, dövlət olaraq da şimal qonşumuzun qəzəbinə tuş gəlməmək üçün yalnız humanitar yardımlar göndərməklə kifayətlənirik. Sonuncu humanitar yardım da Sumqayıtdan yola salındığı üçün Ukraynanın Azərbaycandakı səfiri hadisədən bir gün əvvəl təşəkkürünü bildirmək məqsədilə Sumqayıta getmişdi. Məhz qeyd olunanlar təxribata əsas verə bilərmi? Bir versiya olaraq, bu istiqamətdə əməliyyat-istintaq tədbirləri aparılmalıdır. Düzdür, indiyədək baş verən təxribatların hansı xarici qüvvə tərəfindən törədilməsi ölkələrarası münasibətləri gərginləşdirməmək üçün gizli saxlanılıb. Ola bilsin ki, indi də belə bir situasiya ilə rastlaşaq. 

Təxribat üçün ikinci versiya Brüssel görüşləri, Avropa İttifaqının Azərbaycan və Ermənistan arasında sülh müqaviləsi bağlanmasının moderatorluğunu etməsi ola bilər. Rusiya Avropanın bu məsələdə təşəbbüsü ələ almaq cəhdini qısqanclıqla qarşılayır. Bu prosesdən məmnun olmayan Kreml Azərbaycanın mövqeyinə təxribatla cavab verə bilərmi? Bu da istisna olmur və versiya kimi yoxlanılmalıdır. 

Təzyiq formaları müxtəlif ola bilər. Məsələn, Ermənistanda Paşinyan iqtidarına qarşı təzyiq müxalifətin istefa tələbi ilə müşayiət olunursa, bizdə bu variant keçərli olmadığı üçün terrora, təxribata üstünlük verilə bilər. Eyni zamanda nəzərə almalıyıq ki, indiki beynəlxalq şərait və geosiyasi proseslərin həm soyuq, həm də müharibə şəraitində davam etməsi yeni reallıq yaradır və beynəlxalq siyasi münasibətlər sisteminin transformasiyasının qaçılmaz olduğu ərəfədə təxribatların baş verməsi mümkündür.

Bu həssas dönəmdə ehtiyatlı olmaq üçün Nazirlər Kabineti profilaktik tədbirlər planı hazırlamalı və ciddi nəzarət etməlidir. Bu cür hadisələrlə Azərbaycanı hansısa siyasi kursdan və siyasi mövqeyindən çəkindirməyin mümkün olmayacağını təzyiq edənlər bilirlər. Odur ki, qəza versiyası tamamilə mümkün variantdır və burada məsuliyyət Aqrar Sənaye Parkının və Fövqəladə Hallar Nazirliyinin üzərinə düşür. Sənaye parkının özü müəssisə tullantılarını hazır məhsullar saxlanılan anbara yaxın yerə yığması, antisanitariyanın hökm sürməsi, yanğından mühafizə təlimatlarına əməl etməməsi ilə ittiham oluna bilər. İkincisi, FHN-in yanğına həssas olan bu cür müəssisədə düzgün profilaktik tədbirlər görməməsi təəccüb yaradır. Qeyd edək ki, yanğına həssas olan bu tip müəssisələrdə əlahiddə yanğınsondürmə komandası da yaradıla bilər və əvvəllər belə bir təcrübə olub. Dəyən zərərin sığorta təşkilatı tərəfindən ödənilməsi barədə deyilən rəsmi açıqlamalar da müəyyən şübhələr yaradır və burada maliyyə fırıldağının olub-olmadığı da araşdırılmalıdır”.

Turqut

24 saat” “Geopolitik yanğın – 24 saat” başlıqlı yazını “Pressklub”a istinadən dərc edib

Xeberler

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button