Xəbərlər

Georgi Vanyan Tbilisidə xəstəxanaya yerləşdirilib

Bakı/12.10.21 Oktyabrın 9-da tanınmış erməni hüquq müdafiəçisi Georgi Vanyan Tbilisidəki xəstəxanalardan birinə yerləşdirilib. Son 10 gün ərzində o, Gürcüstan paytaxtında özünütəcrid vəziyyətində olub, çünki koronavirus diaqnozu qoyulub.

Gürcüstan kütləvi informasiya vasitələrinin məlumatına görə, Vanyanın hər iki ağciyəri zədələnib və xroniki pnevmoniyası var. Reanimasiya şöbəsindədir. Onunla şəxsən əlaqə saxlamaq mümkün deyil. Həmkarlarının sözlərinə görə, Vanyan Tbilisidə tək olub və yanında heç kim yoxdur.

Qeyd edək ki, son illər Vanyan Noyembryan rayonunda yaşayıb və taksi sürücüsü kimi çalışmaqla, Ermənistandan Gürcüstana və Şimali Qafqaza müştəri aparmaqla qazanc əldə edib.

Görünür, müştəridən yoluxub. Son 10 gündə Tbilisidə özünütəcriddə olub və orada vəziyyəti pisləşib.

Georgi Vanyan öz həmvətənlərini azərbaycanlılarla barışa çağırması ilə tanınır. Onun təşəbbüsçüsü olduğu Tekali prosesi üç ölkənin: Gürcüstan Ermənistan və Azərbaycan ictimaiyyət nümayəndələrinin görüş və diskussiya yeri idi. O həmçinin Ermənistanda ilk dəfə Xocalı soyqırımını pisləyib.02D-

 

Turan

“24 saat”

Bənzər məqalələr

SİZ DƏ FİKRİNİZİ YAZIN

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button