2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Cəmiyyət

Gerçəkləşən xəyallar: Doğma yurduna qayıdanlar – VİDEO

Əməkdar incəsənət xadimi Məlahət Abbasova illər sonra doğma Cəbrayıl rayonunun Daşkəsən kəndinə gedib.

O, bu barədə instaqramda bildirib.

Abbasova sevincini belə dilə gətirib: “Sənə şükürlər olsun, Allahım. 30 il işğal altında qalan anamın vətəni – Cəbrayıl rayonu, Daşkəsən kəndi. Bakı-Zəngilan dəmir yolu… Oturduğum yer anamgilin dağılmış evinin qapısıdır”.

Saytların yığılması Saytlarin yigilmasi

Aktrisa Daşkəsəni uşaqlıq xəyalları, arzularının kəndi adlandırıb: “Nağıl dünyamın yıxılmış, dağılmış, viran qalmış bir kəndi ilə qarşılaşdım. Yenə də bu günümüzə şükür. 30 il işğal altında qalan torpaqlarımıza qovuşduq. Ən böyük arzum idi Cəbrayılı görmək. Mənə bu gözəl günü yaşadan, anamla birlikdə bizi doğma Cəbrayıla qovuşduranlara təşəkkür edirəm”.

24 saat” “Gerçəkləşən xəyallar: Doğma yurduna qayıdanlar – VİDEO” başlıqlı yazını “Pressklub”a istinadən dərc edib

Xeberler

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button