2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Texnologiya

'Ghost of Tsushima 2'?: Sucker Punch studiyası PS5 üçün yeni eksklüziv oyun üzərində çalışır

    “Infamous” oyun seriyası və “Ghost of Tsushima” oyunu ilə məşhurluq qazanmış Sucker Punch Productions studiyası PS5 üçün yeni oyunu üzərində aktiv şəkildə çalışmağa başlayıb. İstifadəçilər aşkar ediblər ki, studiyanın hazırladığı yeni oyunda stealth elementlər, open-world xəritə və soyuq silahdan istifadə imkanı mövcud olacaq. Studiyanın yeni oyunu barəsində məlumatlar vakansiyalar siyahısında aşkar edilib. Belə ki, studiyanın elan etmiş vakansiyalarına əsasən o, oyunda olacaq döyüş sistemi üçün texniki və baş dizayner axtarışındadır. İşə qəbul ediləcək 2 nəfər mütəxəssis AAA səviyyəli oyun üzərində çalışacaq.

Saytların yığılması Saytlarin yigilmasi

    Maraqlısı ondadır ki, işə qəbul ediləcək namizədlər həmçinin studiyanın keçmiş oyunları ilə yaxından tanış olmalıdırlar. Bundan əlavə olaraq onlar oyunda düşmənlərlə qarşılaşma üzrə rəngarəng gameplay vəziyyətlərini yarada bilməlidirlər. Bütün bu məlumatlardan istifadəçilər belə qənaətə gəliblər ki, hal hazırda Sucker Punch studiyası “Ghost of Tsushima 2” oyunu üzərində çalışır. Studiyanın əvvəlki vakansiyalarında “Ghost of Tsushima 2” oyununa bəzi işarələr mövcud idi. Qeyd etmək lazımdır ki, “Ghost of Tsushima” 2020-ci ildə eksklüziv olaraq PS4 üçün satışa çıxmışdı. 2021-ci ildə isə onun PS5 üçün nəzərdə tutulmuş versiyası satışa çıxdı.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button