2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
24 saat

Giorgi Gogia: “Azərbaycanın ən son müstəqil xəbər agentliyi bağlana bilər”

Avqustun 17-də Human Rights Watch təşkilatınının vebsaytında təşkilatın Avropa və Orta Asiya Diviziyasının Cənubi Qafqaz üzrə direktoru Giorgi Gogianın “Azərbaycanın ən son müstəqil xəbər agentliyi bağlana bilər” adlı məqaləsi dərc olunub. Məqalənin müəllifi təşkilatın Avropa və Orta Asiya Diviziyasının Cənubi Qafqaz üzrə direktoru Giorgi Gogia Azərbaycan hökümətini jurnalist Əfqan Muxtarlını sərbəst buraxmağa çağırıb.

Saytların yığılması Saytlarin yigilmasi

“Amerikanın səsi” məqalənin azərbaycan dilinə tərcüməsini təqdim edib:

“Ötən ay Azərbaycan prezidenti İlham Əliyev jurnalistlərə 200-dən çox mənzil verdi və bunun müqabilində “jurnalistlərin dostu” mükafatını aldı. O, Azərbaycanda minlərlə mətbuat agentliyinin fəaliyyət göstərdiyini iddia edir.

Amma əslində Azərbaycanad uzun zamandır müstəqil və müxalifət mediasına qarşı antaqonizm mövcudur. Bu antaqonizmin ən son qurbanı isə ölkənin son müstəqil xəbər agentliyi, Turan, oldu. Hazırda agentliklə bağlı istintaq aparılır və yaxında bağlana bilər.

Avqustun 7-də Azərbaycan hüquq-mühafizə orqanları Turana qarşı vergidən yayınmaya dair istintaq başladaraq, xəbər agentliyini 2014-2016-cı illər üçün 21 min ABŞ dollar dəyərində vergi borcu olmaqda ittiham edir. Turanın direktoru Mehman Əliyev ittihamları rədd edir və istintaqın siyasi motiv daşıdığını bildirir. Buna baxmayaraq, agentlik istintaqa kömək edəcəyini bildirib və avqustun 17-nə təyin olunan tarixədək rəsmilərin tələb etdiyi bütün lazımı sənədləri toplayırdı.

Lakin avqustun 16-da vergi polisi Turanın ofisində reyd keçirib, jurnalistlərin kompyuterlərində axtarış aparıb və bütün sədənlərlə birlikdə mühasibin də kompyuterini konfiskasiya edib.

Uydurma ittihamlarla jurnalsitləri həbs etmək Azərbaycan üçün yeni bir hal deyil. Məsələn, ötən ay hüquq-mühafizə orqanları fəaliyyəti dayandırılmış Azadlıq qəzetinin maliyyə direktoru Faiq Əmirlini 3 il 3 ay müddətinə azadlıqdan məhrum edib. Bu yaxınlarda bağlanan Kanal 13 internet kanalının başçısı Əziz Orucovla bağlı iyun ayından bəri vergi ilə bağlı məhkəmə işi aparılır. Bir qrup qeyri-hökümət təşkilatı da vergi təftişi və cinayət təhqiqatları səbəbilə fəaliyyətlərini dayandırıb.

Mehman Əliyev yerli mediaya bildirib ki, o xəbər agentliyinin də eyni aqibətlə üzləşəcəyindən qorxduğunu deyib. 1990-cu ildən bəri Azərbaycanda fəaliyyət göstərən Turan aparıcı beynəlxalq agentliklərlə əməkdaşlıq edir və üç dildə müstəqil xəbər və təhlillər paylaşır.

Bu istintaq ölkədə tənqidi media qarşı aparılan təqiblərin bir hissəsidir. Sərhədsiz Reportyorlar qrupu mətbuat azadlığı reytinqində Azərbaycanı 180 ölkə arasında 162 yerdə sıralayır. Azı səkkiz jurnalist və bloqqer siyasi-motivli ittihamlarla hazırda həbsdədir. Onlardan biri ölkənin ən məşhur jurnalisti və bloqqeri sayılan Mehman Hüseynovdur. O, uydurma böhtan ittihamı ilə iki il müddətinə azadlıqdan məhrum edilib.

Azərbaycan hüquq-mühafizə orqanları höküməti tənqid edən bəzi əsas media orqanlarının saytlarını blok edib və 2017-ci ilin mart ayında hökümət onlayn media üzərində nəzarəti güclənidmrək üçün bəzi qanunlar qəbul edib.

Jurnalistlərə mənzil hədiyyə etməyin Azərbaycanın mətbuat azadlığı ilə bağlı beynəlxalq öhdəliklərini yerinə yetirməklə heç bir əlaqəsi yoxdur. Bunun üçün, haqsız yerə jurnalistləri həbs etməmək və Turan xəbər agentliyinin hökümətin yersiz müdaxiləsi olmadan fəaliyyət göstərməsi üçün şərait yaratmaq lazımdır”.

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button