Bizim tərcümə

Girov böhranı 48 saatdan sonra başa çatıb: 35 ölü, 10 yaralı

2022-12-20 18:42:21

Dekabrın 18-də 15 silahlı hücumçu Pakistanın Hayber-Paxtunxva əyalətində, Əfqanıstanla sərhədə yaxın ərazidə yerləşən Bannu şəhərində Terrorla Mübarizə Departamentinə (CTD) bağlı polis məntəqəsinə basqın edib. Polis bölməsində təhlükəsizlik qüvvələrini girov götürərək məhbusları sərbəst buraxan hücumçular əməliyyatla zərərsizləşdirilib.

Pakistanın müdafiə naziri Xavaca Məhəmməd Asif bütün girovların xilas edildiyini, əməliyyatda 33 hücumçunun zərərsizləşdirildiyini, 2 xüsusi təyinatlının isə həyatını itirdiyini bildirib. Asif həmçinin bildirib ki, əməliyyat zamanı azı 10 təhlükəsizlik qüvvəsi yaralanıb.

“Bütün variantlar uğursuz oldu və terrorçular günahsız insanları azad etməkdən imtina etdilər, ona görə də güc tətbiq etmək qərarına gəldik”, – yüksək rütbəli təhlükəsizlik rəsmisi anonim şəkildə mediaya bildirib.

Girov böhranının ilk saatlarında Talibanın Pakistan qolu da adlandırılan Tehreek-e-Taliban Pakistan (TTP) üzvü olan hücumçuların Əfqanıstana təhlükəsiz keçid üçün səlahiyyətlilərlə danışıqlar aparmaq istədikləri bildirilib. .
Ötən ay atəşkəs başa çatdıqdan sonra TTP Pakistanda hücumlarını artırıb.

Tərcümə“24 SAAT”

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button