24saat.org Gəncədə binada partlayış: ölən və yaralananlar var - VİDEO - 24 saat

AZ24SAAT.ORG

Now Reading:
Gəncədə binada partlayış: ölən və yaralananlar var – VİDEO

Gəncə şəhərində yaşayış binalarından birində partlayış baş verib.

24saay.org Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, bu gün səhər saatlarında Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Gəncə şəhərinin Kəpəz rayonunda dördmərtəbəli yaşayış binasında partlayış olması barədə məlumat daxil olub.

FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin, Xüsusi Riskli Xilasetmə Xidmətinin, Mülki müdafiə qoşunlarının və Gəncə Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri qeyd olunan ünvana cəlb olunub, digər aidiyyəti dövlət qurumları məlumatlandırılıb. İlkin ehtimala görə, partlayış qaz sızması nəticəsində baş verib.

Hadisə şəhərdə yerləşən “Füzuli” parkının yaxınlığında, Şahlar Hüseynov küçəsi, bina 13-də baş verib. Nəticədə 3-cü blokun bir hissəsi çöküb.

Report yazır ki, dağıntılar altından 1971-ci il təvəllüdlü Nigar Tağı qızı Tağıyeva və onun oğlu 1994-cü il təvəllüdlü Hüseyn Oktay oğlu Heydərovun meyiti tapılaraq çıxarılıb.
N.Tağıyevanın orta məktəb müəllimi olduğu bildirilir.
Dağıntılar altından çıxarılan yaralı, 1997-ci il təvəllüdlü Orxan Oktay oğlu Məmmədov xəstəxanaya çatdırılıb. Onun vəziyyətinin ağır olduğu bildirilir.
Axtrışlar davam etdirilir.

***

Gəncə şəhərinin Kəpəz rayonunda 4 mərtəbəli yaşayış binasında baş vermiş uçqunla əlaqədar olaraq fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov və Nazirliyin digər rəhbər şəxsləri hadisə yerinə gediblər.

Bu haqda 24saat.org-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov qəza-xilasetmə işlərinin gedişatı ilə yaxından tanış olub. O, xilasetmə tədbirlərinin daha operativ həyata keçirilməsi üçün müvafiq tapşırıqlar verib.​

Xatırladaq ki, hadisə nəticəsində dağıntılar altında qalmış 3 nəfərin meyiti çıxarılıb, 1 nəfər isə yaralı vəziyyətdə tapılaraq, xəstəxanaya yerləşdirilib.

2

SİZ DƏ FİKRİNİZİ YAZIN

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

24saat.org@gmail.com
Çəkdiyiniz videoları bu ünvana yollamaqla bizimlə əməkdaşlıq edə bilərsiniz! Telefon - 055 239-48-36
[mc4wp_form id=""]
Input your search keywords and press Enter.