2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Paqonları sökülsün, 15 il həbs… – polkovnikə cəza tələbi

Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin İstintaq Baş İdarəsi 2-ci istintaq şöbəsinin rəisi, polkovnik Vüsal Ələkbərovun cinayət işi üzrə məhkəmə prosesi davam edib.

Lent.az-ın məlumatına görə, Bakı Hərbi Məhkəməsində hakim Siyavuş Hacıyevin sədrlik etdiyi prosesdə cinayət işində olan sənədlərin elan edilməsi mərhələsi başlayıb.

Saytların yığılması Saytlarin yigilmasi

İlk olaraq “Texnikabank” ASC-nin “Bakı” filialının rəhbəri Zal Yusifov və digər şəxslərin barəsində başlanmış cinayət işi üzrə qərar elan edilib. Qərarda göstərilib ki, cinayət işi üzrə istintaqın aparılması üçün istintaq qrupu yaradılıb.

Daha sonra bu cinayət işində zərərçəkmiş şəxs qismində tanınan iş adamı Nizami Kazımovun həbs edilməsi, sonra barəsində seçilmiş həbs-qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz edilməsi barədə məhkəmə qərarları açıqlanıb.

Daha sonra hakim Nizami Kazımovun barəsində olan cinayət işinə xitam verilməsi haqda qərarı elan edib.

Sonra Vüsal Ələkbərovun evinin fotoları nümayiş etdirilib. Həmçinin onun barəsində Səbael Rayon Məhkəməsinin hakimi Rauf Əhmədov tərəfindən 4 ay müddətinə seçilmiş həbs-qətimkan tədbiri və həbs müddətinin uzadılması barədə qərarlar elan edilib.

Sonra zərərçəkmiş iş adamı Hüseyn Səfərovla bağlı hissədə sənədlərin elan edilib.

Hüseyn Səfərov bildirib ki, onun zərərçəkmişlərə ziyan vurması Vüsal Ələkbərov tərəfindən yalandan yazılıb. O, Vüsal Ələkbərovu agent adlandırıb və bildirib ki, xarici kəşfiyyata işləyib: “Vüsal Ələkbərovu Ermənistanda agent kimi tanıyırlar”.

Bundan əsəbləşən Vüsal Ələkbərov bildirib ki, o, xidməti dövründə xüsusi xidmət orqanlarına işləyən agentlərə cinayət işi başlayıb: “Mənim işim agent tutmaq olub. Rusiya, İran, Ermənistana casusluq edənlərin cinayət işini araşdırmışam”.

Daha sonra məhkəmə istintaqı başa çatdırılıb. Söz dövlət ittihamçısına verilib.

Prokuror çıxışında Vüsal Ələkbərovun 15 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib. Dövlət ittihamçısı həmçinin Vüsal Ələkbərovun hərbi rütbədən məhrum edilməsi barədə qərar qəbul edilməsini istəyib.

Məhkəmə mayın 22-də davam edəcək.

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button