Dünya
Göbələk toplamağa gedən adam 2 gün sonra yaralı halda tapılıb

Konyaya göbələk toplamağa gedən və bir daha ondan xəbər alınmayan Rafet Aslancı yaralı halda tapılıb. Sürüşərək yıxıldığı güman edilən Aslancı təcili yardım helikopteri ilə xəstəxanaya aparılıb.
Beyşehir rayonunun Kurucuova rayonunda yaşayan Rafet Aslancı mayın 23-də göbələk yığmaq üçün dağlıq bölgəyə gedib. Evə qayıtmayan Aslancının ailəsi jandarma və AFAD-a zəng edərək kömək istəyib. Dünən axtarışlara başlayan qruplar Aslancını bu gün dağlıq ərazidə üzüstə uzanmış vəziyyətdə huşsuz və qanlar içində tapıblar.