2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Texnologiya

'God of War: Ragnarok' oyunu barəsində yaxın zamanda yeni məlumatlar təqdim edilə bilər

    Son həftələr doğru insayder məlumatları ilə məşhurluq qazanmış Twitter-in The Snitch ləqəbli istifadəçisi yaxın zamanda “God of War: Ragnarok” barəsində yenin məlumatların olacaqlarına işarə edib. The Snitch ləqəbli istifadəçi tərəfindən paylaşılmış tweet-də “God of War” seriyasının baş qəhrəmanı olan Kratos-un gülərək kameraya baxıb başını yellədiyi GIF fayl əks olunub. Həmin GIF faylın ön planında isə 11110 ədədi qeyd edilib. İstifadəçilər aşkar ediblər ki, həmin ədədi onluq say sistemə çevirən zaman zaman 30 ədədi əmələ gəlir. Bu isə o deməkdir ki, “God of War: Ragnarok” barəsində yeni məlumatlar çox güman ki, 30 iyun tarixində təqdim olunacaqlar. Qeyd etmək lazımdır ki, Bloomberg saytının məşhur insayderi olan Jason Schreier bir neçə müddət bundan öncə bildirmişdi ki, “God of War: Ragnarok”-un dəqiq satış tarixi məhz iyun ayının sonunda bilinəcək. Qeyd etmək lazımdır ki, “God of War: Ragnarok” eksklüziv olaraq PS4 PS5 konsolları üçün hazırlanır və bu il satışa çıxmalıdır.  Jason Schreier daha öncə bildirmişdi ki, oyunu hazırlayan Sony Santa Monica studiyası onu noyabr ayında satışa çıxartmağı planlaşdırır.

Saytların yığılması Saytlarin yigilmasi

24 saat” “'God of War: Ragnarok' oyunu barəsində yaxın zamanda yeni məlumatlar təqdim edilə bilər” başlıqlı yazını “technote”-yə istinadən dərc edib

Xeberler

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button