Now Reading:
“Gömrük əməkdaşı ilə vətəndaşların təmasının minimuma endirilməsi məqsədilə…” – Aydın Əliyev

“Gömrük əməkdaşı ilə vətəndaşların təmasının minimuma endirilməsi məqsədilə…” – Aydın Əliyev

Bu gün Azərbaycanda Amerika Ticarət Palatası (AmCham Azərbaycan) üzvləri üçün keçirilən tədbirdə Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev iştirak edib.
Bizimyol.info xəbər verir ki A.Əliyev çıxışında ötən il ərzində bu qurumun fəaliyətinin əsas prioritet sahələrindən biri kimi elektron gömrük xidmətlərinin inkişafından bəhs edib.

“Qeyd etmək istərdim ki gömrük rəsimləşdirilməsinin asanlaşdırılması, şəffaflığın təmin edilməsi, gömrük əməkdaşı ilə vətəndaşların təmasının minimuma endirilməsi məqsədilə informasiya texnologiyalarının tətbiqi daha da genişləndirilib. Elektron Hökumət Portalı vasitəsilə Dövlət Gömrük Komitəsinin tətbiq etdiyi xidmətlərin sayı artırılıb. Hazırda Dövlət Gömrük Komitəsinin vətəndaşlara və sahibkarlara Elektron Hökumət Portalı üzərindən 11 elektron xidməti təqdim olunur”,-deyə A.Əliyev bildirib.

SİZ DƏ FİKRİNİZİ YAZIN

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

24saat.org@gmail.com
Çəkdiyiniz videoları bu ünvana yollamaqla bizimlə əməkdaşlıq edə bilərsiniz! Telefon - 055 239-48-36
Input your search keywords and press Enter.