Loading...
Loading...
Cəmiyyət

Gömrük generalının polkovnik köməkçisi də həbs edildi

Dövlət Gömrük Komitəsinin daha bir vəzifəli şəxsi həbs olunub.

Bakupost.az-ın əldə etdiyi məlumata görə, gömrük xidməti polkovniki Sultan Sultanov bu gün səhər saatlarında xüsusi xidmət orqanlarının əməkdaşları tərəfindən saxlanılaraq istintaqa cəlb edilib.

Qeyd edək ki, Sultan Sultanov Dövlət Gömrük Komitəsinin Əməliyyat-İstintaq Baş İdarəsinin rəisi, general Məsum Rəsulovun köməkçisidir.

Onu da qeyd edək ki, Məsum Rəsulov 14 iyul 2022-ci il tarixdə şübhəli şəxs qismində saxlanılaraq, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.4 (xüsusilə külli miqdarda dövlət əmlakını mənimsəmə) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət məsuliyyətinə cəlb edilib.

24 saat” “Gömrük generalının polkovnik köməkçisi də həbs edildi” başlıqlı yazını “Pressklub”a istinadən dərc edib

Xeberler

Gözdən qaçırmayın:  Azərbaycanda ağcaqanad əleyhinə dezinfeksiya xidməti var? - VİDEO

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button