2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Manşet

Gömrük generalının qardaşı oğlu niyə həbs edilmir? – İki dəfə adam öldürüb

Gömrük generalının qardaşı oğlu niyə həbs edilmir? – İki dəfə adam öldürüb

Ötən ilin sentyabr ayının 2-də AzTV-nin əməkdaşı Sərxan Məmmədovu yolu keçərkən maşın vuraraq öldürdü. Onun ölümündən dərhal sonra hadisənin təfərrüatları ortaya çıxdı, məlum oldu ki, AzTV-nin əməkdaşını maşınla vurub öldürən şəxs Dövlət Gömrük Komitəsi sədrinin müavini, gömrük general-leytenantı Əsgər Abdullayevin qardaşı oğlu Samir Abdullayevdir.

Araşdırmalar nəticəsində o da bəlli oldu ki, S.Abdulayev ikinci dəfədir ki, avtomobillə qəza törədir və o, bundan əvvəl də bir nəfəri maşınla vurub öldürüb. S.Abdullayev hər iki qəza nəticəsində iki nəfərin həyatına son qoyub.

Saytların yığılması Saytlarin yigilmasi

Azsiyasət.com saytına daxil olan məlumata görə, iki nəfəri öldürən S.Abdullayev azadlıqdadır və özünün ərköyün hərəkətləri ilə şəhərdə ad çıxarıb. S.Abdullayevin hər iki cinayətini ört-basdır edən, onu həbsdən qurtaran şəxs elə əmisi Ə.Abdullayevdir.

1963-cü il təvəllüdlü Ə.Abdullayev Babək rayonunun Nehrəm kəndindəndir. Bildirilir ki, onun qardaşı da general rütbəsi daşıyır və hal-hazırda yüksək vəzifədə çalışır.

Hər iki qardaş böyük biznes şəbəkəsi yaradıb. Onların Bakının müxtəlif yerlərində mənzillərinin, villarının, ticarət obyektlərinin, restoranlarının olduğu da bildirilir.

Ə.Abdullayevin bu qədər geniş imtiyazlara və gücə sahib olmasının əsas səbəbi isə onun Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyevin “qara kassası” olmasıdır.

24 saat” “Gömrük generalının qardaşı oğlu niyə həbs edilmir? – İki dəfə adam öldürüb” başlıqlı yazını “azsiyaset” saytına istinadən dərc edib

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button