2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Gömrük işçiləri təkrar rüşvət almaqda şübhəli sayılır

Bakı Baş Gömrük İdarəsində əməliyyat keçirilməsi ilə bağlı mayın 18-də Baş Prokurorluq da məlumat yayıb.

Bildirilir ki, daxil olmuş məlumat əsasında baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində (KQMBİ) ilkin araşdırma aparılmaqla əməliyyat-axtarış tədbirləri həyata keçirilib.

Saytların yığılması Saytlarin yigilmasi

Məlumatda idarənin Xüsusi Gömrük prosedurları şöbəsinin rəisi Aydın Eylazov, Gömrük prosedurları və ödənişləri şöbəsinin baş inspektorları Elmar Mirzəyev, Emin Xəlilov, “İpək Yolu” gömrük postunda inspektor işləyən Mirağa Ağayev, habelə gömrük işləri üzrə mütəxəssis Ceyhun Şabanovun adları çəkilir.

Məlumatda onların bir sıra qanunsuz əməllərdə şübhəli sayıldıqları vurğulanır:

“17 may 2021-ci il tarixdə KQMBİ-də Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 311.3.2-ci (təkrar rüşvət alma) maddəsi ilə cinayət işi başlanıb. Toplanmış sübutlar əsasında Elmar Mirzəyev, Emin Xəlilov, Mirağa Ağayev, Ceyhun Şabanov və Aydın Eylazov şübhəli şəxs qismində tutulmuşlar. Hazırda cinayət işi üzrə istintaq-əməliyyat tədbirlərinin həyata keçirilməsi davam etdirilir.”

Baş prokurorluq bildirir ki, istintaqın gedişatı ilə əlaqədar ictimaiyyətə əlavə məlumatın verilməsi təmin ediləcək.

Amma, hələlik, bu açıqlamaya tutulan şəxslər və onların vəkillərindən münasibət almaq mümkün olmayıb.

24 saat” “Gömrük işçiləri təkrar rüşvət almaqda şübhəli sayılır” başlıqlı yazını “Azadlıq Radiosu”na istinadən dərc edib.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button