Loading...
Loading...
Manşet

Gömrük Komitəsinin 20 yaşlı əməkdaşının dəbdəbəli həyatı

Deputatın dostunun oğludur (FOTOLAR)

BAXCP sədri, deputat  Qüdrət Həsənquliyevin şəriki və dostu Oqtay Abuzərovun oğlu, Dövlət Gömrük Komitəsinin 20 yaşlı əməkdaşının dəbdəbəli həyatı mətbuatın diqqət mərkəzindədir. Xalid Abuzərli dəbdəbəli həyatı ilə bağlı demokrat.az saytı paylaşım edib. 

24 saat” xəbər verir ki, DGK-nin 20 yaşlı əməkdaşı özünün təm-təraqlı həyat tərzini də sosial şəbəkələrdə nümayiş etdirir. Dünyanın müxtəlif ölkələrindən rəngarəng fotolar paylaşan X.Abuzərlinin bahalı avtomobil kolleksiyası da göz oxşayır.

X.Abuzərli müxətlif markalı bahalı maşınlarının üzərində “90 LJ 900” dövlət nömrə nişanından istifadə edir. X.Abuzərliyə məxsus olan son model “Mercedes”, “Audi Q7”, “Toyota Camry” markalı maşınların hamısının üzərinə 90 LJ 900 dövlət nömrə nişanı vurulub. Bütün bunlar isə qanuna ziddir.

Onu da bildirək ki, X.Abuzərli Londonda təhsil alıb.

Dövlət Gömrük Komitəsinin 20 yaşlı əməkdaşının dəbdəbəli həyatı mövzusu ilə mətbuatda yer almış fotoları:

Qeyd edək ki, mətbuatda gedən xəbərə görə ,BAXCP sədri, deputat Qüdrət Həsənquliyevin ölkənin dörd bir yanını əhatə edən biznes imperiyasının böyük bir hissəsini Oqtay Abuzərov adlı şəxs idarə edir. Əslən Salyan rayonundan olan Oqtay Abuzərov vaxtilə ən radikal cəbhəçilərdən biri olub.

Məsələ ilə bağlı Dövlət Gömrük Komitəsinin mətbuat katibi Natiq Axundov Demokrat.az-ın informasiya sorğusunu cavablandırmayıb.

Xalid Abuzərli Xalid Abuzərli Xalid Abuzərli Xalid Abuzərli Xalid Abuzərli Xalid Abuzərli Xalid Abuzərli Xalid Abuzərli Xalid Abuzərli Xalid Abuzərli Xalid Abuzərli Xalid Abuzərli Xalid Abuzərli Xalid Abuzərli Xalid Abuzərli Xalid Abuzərli

Gözdən qaçırmayın:  ZELENSKİnin Avropa Parlamentində tarixi çıxışı - AZƏRBAYCANCA

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button
Telegram kanalımıza abunə olun