24saat.org Gömrük Komitəsinin 4 vəzifəlisi həbs edildi - ƏMƏLİYYAT - 24 saat

AZ24SAAT.ORG

Now Reading:
Gömrük Komitəsinin 4 vəzifəlisi həbs edildi – ƏMƏLİYYAT

Dövlət Gömrük Komitəsinin (DGK) daha 4 vəzifəli əməkdaşı həbs olunub.

24saat.org DGK-ya istinadən xəbər verir ki, 2018-ci il dekabrın 6-da Dövlət Gömrük Komitəsinin Əməliyyat-İstintaq Baş İdarəsi əməliyyat keçirib.
Əməliyyat tədbirləri nəticəsində vəzifə səlahiyyətlərini aşmaq və qulluq mövqeyindən sui-istifadə etməklə elektron ticarət sahəsində fəaliyyət göstərən şirkətlər və şəxslərlə cinayət əlaqəsinə girməkdə şübhəli bilinən şəxslər saxlanılıb. Saxlanılanlar
DGK-nın Poçt göndərişləri gömrük postunun rəisi İsmayıl Abdullayev,
postun rəis müavini Rəşad Rzayev,
postun böyük inspektoru Səbuhi Hüseynov,
Skanlaşdırma və texniki nəzarət vasitələrinin tətbiqi şöbəsinin baş inspektoru Elizbər Rəhimovdur.

Fakt üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 313, 312, 311,308 və 206-cı maddələri üzrə cinayət işi başlanılıb.

DGK sədrinin əmri ilə onlar gömrük orqanlarından xaric edilib. Həmçinin barələrində toplanmış materiallar hüquqi qiymət verilməsi üçün Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilib.

Komitənin məlumatında qeyd edilir ki, faktla bağlı bu gün sosial şəbəkələrdə və bəzi kütləvi informasiya vasitələrində rəsmi məlumatlara əsaslanmayan, yanlış şərhlərlə xəbərlər paylaşılıb.

Komitə bildirir ki, fakt üzrə məlumatların ictimaiyyətlə paylaşılmaması əməliyyat-istintaq tədbirlərinin davam etdirilməsi ilə bağlı olub.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

24saat.org@gmail.com
Çəkdiyiniz videoları bu ünvana yollamaqla bizimlə əməkdaşlıq edə bilərsiniz! Telefon - 055 239-48-36
[mc4wp_form id=""]
Input your search keywords and press Enter.