2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
iqtisadiyyatİqtisadiyyat

Gömrük Komitəsi hansı nazirliklərə birləşdirilə bilər? – Dünya təcrübəsi

Dövlət Gömrük Komitəsinin (DGK) yüksək vəzifəli şəxslərinin həbs edilməsi, ardınca komitə sədrinin tutduğu vəzifədən azad edilməsindən sonra DGK-nin ayrıca bir dövlət qurumu kimi saxlanılmasının əlverişli olmadığına dair fikirlərə yenidən rast gəlinir. Ayrı-ayrı ekspertlər, vətəndaş cəmiyyəti nümayəndələri tərəfindən səsləndirilən fikirlərdə fiskal qurumların fəaliyyətinin eyni mərkəzdən idarə olunması təklif edilir. Onların qənaətincə, bu halda inzibatçılıqda, iqtisadi fəaliyyətin tənzimlənməsində müsbət nəticələrin əldə edilməsi imkanları yaxşılaşacaq.

DGM-nin başqa bir dövlət qurumu ilə birləşdirilməsi, digər təşkilatla birgə fəaliyyəti təcrübəsi dünyada geniş yayılıb.

Saytların yığılması Saytlarin yigilmasi

Kiçik araşdırma göstərir ki, əksər qabaqcıl ölkələrdə gömrük xidməti vergi xidməti ilə birgə fəaliyyət göstərir və çox nümunələrdə maliyyə nazirliyinə tabedir.

Amma fərqli nümunələr də var. Məsələn, Türkiyədə gömrük işi Ticarət Nazirliyi tərəfindən həyata keçirilir. Nazirlik həm xarici, həm də daxili ticarət əməliyyatlarına dövlət nəzarətini aparır.

Digər əksər ölkələrdə isə gömrük xidməti maliyyə nazirliklərinə tabedir. Dünyanın ən böyük iqtisadiyyatına sahib olan ABŞ-da Gömrük Xidməti adlı qurum Maliyyə Nazirliyinə tabedir.

Digər əksər ölkələrdə isə gömrük xidməti maliyyə nazirliklərinə tabedir. Dünyanın ən böyük iqtisadiyyatına sahib olan ABŞ-da Gömrük Xidməti adlı qurum Maliyyə Nazirliyinə tabedir.

Almaniyada Federal Gömrük Xidməti adında qurum var. Bu qurum Federal Maliyyə Nazirliyinin tərkibindədir

Fransada gömrük xidməti Gömrük və Dolayı Vergilər Baş Müdirliyi adı altında fəaliyyət göstərir. Burada da tabeçilik maliyyə nazirliyinədir.

Eynilə Böyük Britaniyada da vergi və gömrük birgə fəaliyyət göstərən departamentdir. Amma bu qurumlar da maliyyə nazirliyinin nəzarətindədir.

Keçmiş sovet respublikalarından Rusiyada Federal Gömrük Xidməti adında qurum var və o, Maliyyə Nazirliyinin tərkibindədir.

Qazaxıstanda Gömrük Nəzarət Komitəsi adlı təşkilat yaradılıb ki, o da maliyyə nazirliyinin tabeliyindədir.

Gürcüstanda isə Maliyyə Nazirliyinin nəzdində vergi və gömrük departamentləri fəaliyyət göstərir.

Ümumiyyətlə, vergi və gömrük xidmətinin bir nazirlik tərəfindən idarə edilməsi təcrübəsi daha yayğındır. Çünki gömrük və vergi xidmətlərinin ayrı deyil, əlaqəli şəkildə fəaliyyəti daha məntiqli hesab edilir.

Azərbaycanda da hər iki qurum dövlət büdcəsi üçün vergi və rüsum toplayır, yəni onların fəaliyyəti fiskal xarakterlidir. Yalnız fərq ondan ibarətdir ki, gömrükdə yığımlar xarici fəaliyyətdən, vergi departamentində isə daxili iqtisadi fəaliyyətdən tutulur.

DGK hər il ƏDV, aksiz, yol vergiləri və rüsumlar üzrə yığımlar həyata keçirir və onları dövlət büdcəsinə ödəyir. Eyni xarakterli yığımlar daxildə vergilər departamenti tərəfindən toplanaraq büdcəyə köçürülür.

Buna görə də eyni xarakterli işi görən qurumların ayrı-ayrılıqda fəaliyyəti məntiqli deyil. Yaxşı olardı ki, hər iki qurum ya İqtisadiyyat Nazirliyinin, ya da Maliyyə Nazirliyinin tabeliyinə verilsin və ayrıca departament kimi fəaliyyət göstərsinlər.

“24 saat “Gömrük Komitəsi hansı nazirliklərə birləşdirilə bilər? – Dünya təcrübəsi” başlıqlı yazını “Pressklub”a istinadən dərc edib

son xeberler

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button