2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Cəmiyyət

“Gömrük Komitəsi məhkəmənin qərarını saymır”

“Aztexnika” MMC rəhbərliyi üzləşdiyi qanunsuzluğun aradan qaldırılmasını istəyir

1 saylı Bakı İnzibati-İqtisad Məhkəməsinin Gömrük Komitəsi ilə bağlı qərarı icra edilmir.

Bu sözləri İrandan Azərbaycana kafel-metlax idxal edən “Aztexnika” MMC-nin direktoru Rafiq Hacıyev deyir.
Şirkət rəhbərliyi deyir ki, Gömrük Komitəsi Azərbaycan məhkəməsinin qərarını saymır.

“Aztexnika” MMC-nin iddia ərizəsi məhkəmə tərəfindən təmin olunub. Bakı Baş Gömrük İdarəsinin üzərinə “Aztexnika” MMC-nin İrandan Azərbaycan vaqonla və yük maşınları ilə gətirdiyi yüklərin gömrük bəyənnamələrinə əsasən rəsmiləşdirilməsi öhdəliyi qoyulub.

Saytların yığılması Saytlarin yigilmasi

Məhkəmə qərardadı bu il oktyabrın 3-də verilib və dərhal, qeyd-şərtsiz icra edilməsi üçün Səbal Rayon İcra və Probasiya Şöbəsinə göndərilib.

“Artıq 2 həftədir ki, Bakı Baş Gömrük İdarəsinin rəhbərliyi qanunsuz olaraq Azərbaycan məhkəməsinin verdiyi qərardadı icra etməkdən yayınır. “Aztexnika” MMC qeyd olunan malları ölkəyə bu ilin iyulunda gətiri. 3 aydır ki, iş üzrə cavabdeh Bakı Baş Gömrük İdarəsi yüklərin rəsmiləşdirilməsini həyata keçirmir”, – şirkət rəhbəri deyir.

Məhkəməyə təqdim olunan müraciətdə qeyd olunur ki, “Aztexnika” MMC müxtəlif vaxtlarda idxal etdiyi malların gömrük rəsmiləşdirilməsi zamanı qanunsuz halların aradan qaldırılması ilə bağlı dəfələrlə Dövlət Gömrük Komitəsinə, aidiyyəti gömrük orqanlarına şikayətlər edib. İran İslam Respublikasından 9 iyul 2018-ci ildə dəmiryolu vasitəsilə cəmiyyətin ünvanına vaqonla “keramik plitələrdən kafel metlax” yükü gəlib və Keşlə dəmiryolu stansiyasına daxil olub. Yükün gömrük rəsmiləşdirilməsi məqsədilə Bakı Baş Gömrük İdarəsinə həmin tarixli yük gömrük bəyannaməsi təqdim olunub.

Müraciətdə deyilir ki, yükün rəsmiləşdirilməsi zamanı heç bir səbəb olmadan Bakı Baş Gömrük İdarəsinin rəisi Kənan Məmmədov satıcı ilə alıcı arasında olan sövdələşmə qiyməti ilə deyil, onun özünün heç bir əsas olmadan təyin etdiyi qiymətlər əsasında yükün bəyan olunmasını tələb edib. “Aztexnika” MMC rəsmilərini narazı salan da budur. Sonradan yük maşınları ilə də ölkəyə gətirilən “keramik plitələrdən kafel metlax” Bakı Baş Gömrük İdarəsinin rəhbərliyinin göstərişi ilə rəsmiləşdirilməyib.

“Aztexnika” MMC-nin direktoru Rafiq Hacıyev prezidentə, Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyevə müraciət edərək Bakı Baş Gömrük İdarəsində üzləşdikləri qanunsuzluqların aradan qaldırılmasını istəyib.

Bakı Baş Gömrük İdarəsindən Meydan TV-nin sualını şərh etmək istəmədiklərini bildiriblər.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button