2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Cəmiyyət

Gömrük Komitəsinin sədr müavini özünü güllələdi

Naxçıvan Gömrük Komitəsinin sədr müavini Mirməhəmməd Seyidov intihar edib. 24saat.org BakuPost-a istinadən xəbər verir ki, Mirməhəmməd Seyidov Şərur rayonunun mərkəzində odlu silahla özünə atəş açıb. Onun cənazəsi dəfn olunmaq üçün Bakıya gətirilir.

Gömruk polkovnikinin qardaşı, Binəqədinin sabiq prokuroru Mirələkbər Seyidov qardasinin özünə qəsd etdiyini, onun cənazəsinin Bakıya gətirildiyini təsdiqləyib.
Əslən Sədərək rayonundan olan  M.Seyidovun niyə Bakida dəfn edilməsi sual doğurur.
Ümumiyyətlə, bu intiharla bağlı qaranlıq məqamlar coxdur.

Xatırladaq ki, əvvəllər Sədərək gömrüyünün rəisi vəzifəsində işləmiş M.Seyidov Türkiyədə məşhur həbs olayından sonra vəzifəsinə qayıdıb. 2017-ci ilin iyun ayında vəzifəsindən uzaqlaşdırılmış, bir neçə aydan sonra Gömrük Komitəsinin rəis müavini vəzifəsinə təyin olunmuşdu.

Saytların yığılması Saytlarin yigilmasi

Məlumata görə, təxminən 1 ay əvvəl – noyabrın 26-da Naxçıvan MR Gömrük Komitəsinin sədri Asəf Məmmədov gözlənilmədən vəzifəsindən azad olunandan sonra GK rəhbərliyinin fəaliyyəti dərindən təftiş olunmağa başlayıb.

Son məlumatlara görə, o bir neçə gün oncö görəsən alinaraq sərəncama götürülub. Bununla yanaşı istintaqa cəlb olunub.

24saat.org qeyd edir ki, Mirməhəmməd SeyidovNaxçıvanın Sədərək Gömrük Məntəqəsinin rəisi olan zaman – 2013-cü il dekabrın 17-də neçə il əvvəl Türkiyədə həbs olunub.Mirməhəmməd Seyidov rüşvət və qaçaqmalçılıq əməliyyatı çərçivəsində saxlanılıb.

Qarsa gedən Mirməhəmməd Seyidov təyyarədən düşən kimi Türkiyənin Mütəşəkkil Cinayətlərə Qarşı Mübarizə İdarəsinin əməkdaşları tərəfindən tutulub. Həmin vaxt yayyılan məlumatlarda bildirilirdi ki, əməliyyat zamanı Seyidovdan başqa 7 gömrük işçisi, 10 daşıma şirkətinin sahibi olmaqla, ümumilikdə 17 nəfər saxlanılmışdı.

Mirməhəmməd Seyidov bir neçə aylıq həbsdən sonra – 04 iyul 2014-cü ildə azadlığa çıxmışdı. Nə qədər qəribə də olsa, bu həbsdən sonra işinin başına qayıtmışdı.

Daha sonra sərəncama götürülən M.Seyodov bir müddət sonra daha yüksək vəzifəyə – Naxçıvan DGK sədrinin müavini vəzifəsinə təyin edilmişdi.

M.Seyidovun adı mediada dəfələrlə rüşvət, qaçaqmalçılıq və FETÖ ilə əlaqədə hallanmışdı. M.Seyidov bu ittihamları təkzib etmişdi.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button