24saat.org Gömrük Komitəsinin rüşvətlə həbs edilən maliyyə rəisi hakim qarşısında - 24 saat

AZ24SAAT.ORG

Now Reading:
Gömrük Komitəsinin rüşvətlə həbs edilən maliyyə rəisi hakim qarşısında

Natiq İmanov rüşvət almaqda ittiham olunur

Bakı Ağır Cinayətlər Məhkəməsində Dövlət Gömrük Komitəsinin (DKG) Maliyyə və Təchizat İdarəsinin Maliyyə şöbəsinin keçmiş rəisi, polkovnik-leytenant Natiq İmanovun cinayət işi üzrə məhkəmə prosesi başalyıb.

24saat.org xəbər verir ki, h

akim Azad Məcidovun sədrliyi ilə keçirilən hazırlıq iclasında vəkili təqsirləndirilən barəsində seçilmiş həbs-qətimkan tədbirinin dəyişdirilməsi barədə vəsatət qaldırsa da, təmin edilməyib.

Anket məlumatları dəqiqləşdirilərkən Natiq İmanov 2 azyaşlı övladı olduğunu söyləyib.

Gömrük polkovnikinin işi üzrə məhkəmə baxışı noyabrın 21-nə təyin edilib.

Natiq İmanov rüşvət almaqda ittiham olunur. Dövlət Gömrük Komitəsinin yaydığı məlumatda ibildirilir ki, o, pensiya yaşına çatan gömrük əməkdaşlarından birindən 2500 manat alanda tutulub.

SİZ DƏ FİKRİNİZİ YAZIN

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

24saat.org@gmail.com
Çəkdiyiniz videoları bu ünvana yollamaqla bizimlə əməkdaşlıq edə bilərsiniz! Telefon - 055 239-48-36
[mc4wp_form id=""]
Input your search keywords and press Enter.