24 saat en son xeberler - Xeberler platformasi

Xəbərlər

Gömrükçülərin barəsində cinayət işi məhkəməyə verilib

Bakı/08.01.22 Dövlət Gömrük Xidmətinin vəzifəli şəxslərinin barəsində cinayət işi məhkəməyə verilib.

Onlar Dövlət Gömrük Komitəsi yanında “Azərterminalkompleks” Birliyinin vəzifəli şəxslərinin qanunsuz hərəkətləri barədə cinayət işi çərçivəsində məsuliyyətə cəlb olunublar. Cinayət işi baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi tərəfindən araşdırılıb.

Baş Prokurorluğun mətbuat xidmətinin məlumatına görə, istintaqla müəyyən edilib ki, 2020-ci ilin iyulunda Birliyin müvəqqəti saxlanc anbarlarının fəaliyyətinin təşkili üzrə Astara bölməsinin rəisi Etiqam Babayev öz vəzifə səlahiyyətlərindən sui-istifadə edərək  həmin birliyin texniki xidmət üzrə Astara şöbəsinin inspektoru İsmətulla Tağıyev ilə əlbir olaraq 33 min 440 manat məbləğində tibbi vəsaitin qanunsuz idxalına şərait yaradıb.

İş üzrə toplanan sübutlar əsasında Etiqam Babayev Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı), İsmətulla Tağıyev isə 309.1 (vəzifə səlahiyyətlərini aşma) və 32.4, 313-cü (vəzifə saxtakarlığına təhrik etmə) maddələrilə təqsirləndirilən şəxs qismində cəlb olunub, cinayət işi baxılması üçün məhkəməyə göndərilib.06Â-

 

 

Turan

“24 saat”

Bənzər məqalələr

SİZ DƏ FİKRİNİZİ YAZIN

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button