2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Xəbərlər

Gömrükdə iki müavin işdən çıxarıldı

Azərbaycan Dövlət Gömrük Komitəsinin (DGK) iki sədr müavini vəzifədən kənarlaşdırılıb. Bununla bağlı dekabrın 27-də Prezident İlham Əliyev sərəncamlar imzalayıb.

Saytların yığılması Saytlarin yigilmasi

Sərəncamlarla Əsgər Abdullayev İqbal Babayev DGK sədrinin müavini vəzifəsindən azad ediliblər.

Prezidentin digər sərəncamı ilə Natiq Şirinov bu qurumda sədr müavini vəzifəsinə təyin edilib.

İyulun 15-də Prezident İ.Əliyev Səfər Mehdiyevin DGK sədri vəzifəsindən azad edilməsi haqda da sərəncam imzalamışdı.

Hazırda bu qurumda sədr vəzifəsini birinci müavin Şahin Bağırov icra edir.

DGK-nin saytında bu qurumda birinci müavin daxil, ümumilikdə altı müavin postu olduğu bildirilir.

Son vaxtlar Nazim Məmmədov, habelə bir çox başqa müstəqil iqtisadçılar Azərbaycanda DGK-nin ləğvi və onun Vergi Xidmətinə birləşdirilməsi ilə bağlı hökumət qarşısında təkliflərlə də çıxış ediblər. Onlar bununla həmin sahədə gerçək islahatlara başlanacağını düşünürlər. Amma, hələlik, rəsmilər belə təklifə müsbət yanaşmırlar.

AzadliqRadiosu

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button