AZ24SAAT.ORG

Now Reading:
Gömrükdə rüşvət vermək istəməyən vətəndaşa “intihar et” dedilər – VİDEO

Dövlət Gömrük Komitəsinin Biləsuvar nəzarət-buraxılış məntəqəsinin əməkdaşları vətəndaşlardan rüşvət tələb etməsi ilə bağlı video yayılıb.

24saat.org xəbər verir ki, vətəndaşlardan birinin rüşvət ödəməkdən imtina etməsinə və onun Azərbaycan vətəndaşı kimi gömrük nəzarətindən maneəsiz keçmək üçün nə etməli olması barədə sualına cavab olaraq, əməkdaşlar intihar etməyi məsləhət görürlər. Sonra isə rəisə 50 manat rüşvət verməyi tələb edirlər.

Dövlət Gömrük Komitəsinin (DGK) Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi video ilə bağlı məlumat yayaraq, videotəsvirlərdə gömrük orqanları və ya onun əməkdaşlarının qanunsuz hərəkətlərini əks etdirən hər hansı sübut olmadığını bildirib.

SİZ DƏ FİKRİNİZİ YAZIN

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

24saat.org@gmail.com
Çəkdiyiniz videoları bu ünvana yollamaqla bizimlə əməkdaşlıq edə bilərsiniz! Telefon - 055 239-48-36
Input your search keywords and press Enter.