2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
ManşetXəbərlər

Gömrüyün Əbülfəz Məlikov müəmması – “QARA KASSA” ÖLKƏDƏN GETDİ?

“Broker” MMC-nin rəhbəri, qeyri-rəsmi olaraq Dövlət Gömrük Komitəsinin (DGK) ən səlahiyyətli şəxslərindən olan Əbülfəz Məlikov Azərbaycanda yoxdur.

Az24saat.org-a daxil olan məlumatda iddia olunur ki, Əbülfəz Məlikov bir müddətdir ölkəni tərk edib. Onun Azərbaycandan birdəfəlik, yaxud da qısamüddətli getdiyi barədə dəqiq bilgi yoxdur. İddiaya görə, Məlikov vergilər nazirliyində baş verən struktur dəyişikliyi ərəfəsində yoxa çıxıb və güman edilir ki, vəziyyət düzələnədək ölkəyə qayıtmayacaq.

Lakin Əbülfəz Məlikovun Azərbaycandan birdəfəlik getdiyi də az inandırıcı görünür. Əvvəla, ona görə ki, Əbülfəz Məlikov DGK-nın “qara kassası” kimi tanınır. Bu şəxs milyonlarla manat məbləğində qeyri-leqal pula nəzarət edir və təbii ki, bu pullar yalnız onun özünə məxsus deyil. Bu halda onun sərbəst şəkildə ölkəni birdəfəlik tərk etməsinə imkan verilməz. Digər tərəfdən, hazırda Əbülfəz Məlikovun işlərini oğlu aparır. Bu fakt da onu deməyə əsas verir ki, DGK-nın qara kassası Azərbaycandan gedişi müvəqqəti xarakter daşıyır.

AYDIN ƏLİYEVİN YERİNDƏ GÖZÜ VAR

Saytların yığılması Saytlarin yigilmasi

Əbülfəz Məlikovla bağlı maraqlı iddialardan biri də onun yüksək vəzifəyə təyin olunmaq istəyi barədədi. Yerli media yazır ki, “Broker” MMC-nin rəhbəri DGK-nın sədri olmaq üçün çaba göstərib. Hətta onun bu istəyini reallaşdırmaq üçün fantastik məbləğdə pul ödəməyə hazır olduğu da bildirilir. Lakin buna baxmayaraq Əbülfəz Məlikovun niyyəti baş tutmayıb. Ona izah edilib ki, “qara kassa” kimi fəaliyyət göstərməsi daha məqsəduyğundur.

Əbülfəz Məlikovun böyük iddialara düşməsi səbəbsiz deyil. O, arxasındakı gücə arxalanaraq vəzifə uğrunda mübarizəyə qoşulmaq cəsarəti tapıb. Bu güc isə fövqəladə hallar naziri Kəmaləddin Heydərov olduğu düşünülür. Bu iddianın doğru olub-olmadığını deyə bilmərik. O məlumdur ki, Əbülfəz Məlikov özünü Kəmaləddin Heydərova yaxın şəxs kimi tanıdıb.

İndisə fövqəladə hallar nazirinin hədəfə çevrilməsi Əbülfəz Məlikovu da düşünməyə məcbur edib. İddia olunur ki, o da Bakı Baş Gömrük İdarəsinin rəisi Vüsal Novruzov kimi yeni güc axtarışına çıxıb. Bundan başqa, hakimiyyətin zirvəsində DGK ilə bağlı planlar da Əbülfəz Məlikovun narahatlığına səbəb olub.

“GÖMRÜK” “VERGİLƏR”Ə BİRLƏŞSƏ…

Az24saat.org az əvvəl məlumat yaymışdı ki, DGK ilə Vergilər Nazirliyinin birləşdirilməsi gündəmə gəlib. Bu, Kəmaləddin Heydərovun hakimiyyətdəki təsir gücünün zəiflədilməsinə hesablanan addım kimi qiymətləndirilir. Çünki bundan əvvəl fövqəladə hallar nazirinin kadrı kimi tanına Fazil Məmmədov qəfil vergilər naziri vəzifəsindən uzaqlaşdırılıb. DGK-nın sədir Aydın Əliyev də Kəmaləddin Heydərovun təsir dairəsində olan məmurlardan hesab edilir.

DGK-nın Vergilər Nazirliyinə birləşdirilməsi planı baş tutacağı təqdirdə Əbülfəz Məlikov xanlığına son qoyulacağı şübhəsizdir. Hətta mümkündür ki, onun səsi hüquq-mühafizə orqanlarından gəlsin…

Az24saat.org

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button