2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
ÖLKƏGündəm

Google 7.2 milyard rubl cərimələndi

Rusiyada cərimə ilk dəfə olaraq gəlirə görə hesablanıb

Dekabrın 24-də Moskvada məhkəmə Alphabet konqlomeratına məxsus Google şirkətini 7.2 milyard rubl (98 milyon dollar) cərimələyib. Platformanın Rusiyanın qanunsuz hesab etdiyi kontenti pozmadığı bildirilir.

Saytların yığılması Saytlarin yigilmasi

Rusiyada cərimə ilk dəfə olaraq gəlirə görə hesablanıb.

Prezident Vladimir Putin sosial media platformaları və digər texnologiya nəhənglərini ölkənin internet qanunlarına sayğısız yanaşmaqda suçlayır. Xarici şirkətlərdən Rusiyada ofis açaraq rusiyalıların şəxsi datasını bu ölkənin ərazisində saxlamaq tələb olunur.

Bir çox tənqidçilərin fikrincə, Rusiya hakimiyyətinin məqsədi internetə daha sərt nəzarət etmək, narazıları susdurmaqdır.

Sosial media şirkətləri kontent pozuntularına görə bir neçə yüz milyon rubl məbləğində cərimələniblər. Ancaq Meta, Twitter, Google və digər texnologiya nəhənglərinə heç vaxt bir neçə milyard dollarlıq cərimə kəsilməyib.

“Interfax” cərimənin Google-un illik gəlirlərinə əsasən hesablandığını yazır.

Mənbə: AzadlıqRadiosu
“24 saat”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button