Texnologiya

Google Pixel 7 və 7 Pro smartfonlarını, Pixel Watch smart saatını və Pixel planşetini anons edib

    I/O 2022 konfransı çərçivəsində Google şirkəti Pixel 6a smartfonunu və naqilsiz Pixel Buds Pro qulaqlıqlarını təqdim etməklə yanaşı həmçinin öz gələcək məhsullarını da anons edib. Anons edilmiş məhsullar arasında Pixel 7Pixel 7 Pro smartfonları, Pixel Watch smart saatı və Pixel planşeti var. Şirkət sözügedən gələcək məhsullar barəsində bir qədər məlumat verib və onların xarici görünüşlərini indidən sərgiləyib. Beləliklə bu il təqdim ediləcək Pixel 7 və Pixel 7 Pro smartfonları xarici görünüşcə Pixel 6 seriyasına bənzəyəcək. Lakin buna baxmayaraq yeni smartfonlar vizual fərqliliyə sahib olacaqlar. Belə ki, yeni smartfonların arxa panellərində üfüqi şəkildə yerləşdirilmiş kamera sahəsi qorunub saxlansa da, onun rəngi smartfonların kənar çərçivələrinin rənglərini əldə edəcək. Yəni arxa kamera sahəsinin rəngi smartfonların arxa qapaqlarının rənglərindən fərqlənəcəklər.

    Bununla belə adi Pixel 7 modeli ikili, Pixel 7 Pro modeli isə üçlü arxa kamera ilə təchiz olunacaq. Smartfonlar Google şirkətinin Tensor adlı fərdi prosessorunun yeni nəsli ilə təchiz olunacaqlar. Şirkətin verdiyi məlumata əsasən Tensor prosessorunun yeni nəsli Pixel 7 smartfonlarında kamera və digər imkanları daha da genişləndirəcək. Pixel 7 və Pixel 7 Pro bu ilin payız fəslində satışa çıxacaqlar və qutudan Android 13 vasitəsilə çalışacaqlar. Növbəti anons çoxdan gözlənilən Pixel Watch smart saatı ilə bağlı olub. Sözügedən smart saatın dizaynı barəsində olmuş əvvəlki məlumat sızıntılarının hamısı özünü doğruldub. Belə ki, Pixel Watch həqiqətən də dairəvi formalı ekran ilə təchiz olunacaq və minimalistik dizayn əldə edəcək. Smart saat WearOS 3.1 əməliyyat sistemi vasitəsilə çalışacaq.

    Artıq məlumdur ki, Pixel Watch LTE NFC dəstəyinə sahib olacaq. Google şirkətinin ilk smart saat modeli bu ilin payız fəslində Pixel 7 smartfonları ilə birlikdə satışa çıxacaq. I/O 2022 konfransının ən gözlənilməz anonslarından biri də yeni Google planşeti olub. Qeyd etmək lazımdır ki, daha əvvəldən şirkətin yeni planşet üzərində çalışdığı barəsində heç bir məlumat sızıntısı olmamışdı. Onun barəsində məlumatlar çox azdır. Arxa paneldən planşet ilk iPad modellərini xatırladır. Şirkət tərəfindən təqdim edilmiş qısa videodan görmək olar ki, planşetin arxa panelində bir ədəd kamera yerləşəcək. Ön paneldən isə planşet heç də nazik olmayan çərçivələr ilə əhatə edilib. Lakin həmin çərçivələrin ölçüləri planşetin ön panelinin hər 4 tərəfində eynidir. Məlumatda qeyd edilib ki, planşet Tensor prosessoru vasitəsilə çalışacaq. Lakin bunun keçən ilki və ya yeni nəsil Tensor prosessoru olub-olmayacağı bilinmir. Yeni Pixel 7 smartfonları ilə Pixel Watch smart saatından fərqli olaraq Google şirkətinin yeni planşeti 2023-cü ildə satışa çıxacaq.

Gözdən qaçırmayın:  Tarixi an: Alimlər doğma Süd Yolu qalaktikamızın mərkəzindəki qara dəliyin ilk fotosunu təqdim ediblər

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button