2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Texnologiya

Google Play Store tətbiqlərin hansı istifadəçi məlumatlarını yığdıqlarını bildirməyə başlayıb

    Google şirkəti hələ keçən ilin yaz fəslində özünün tətbiqlər mağazası olan Google Play Store üçün anons etmiş olduğu yeni funksiyanın istifadəyə verilməsinə başlayıb. Belə ki, Google Play Store smartfona quraşdırılmış bu və ya digər tətbiqin hansı istifadəçi məlumatlarını yığdığı barəsində məlumat verir. Bu yeni funksiya tədricən bütün qrupları əhatə edən istifadəçilər üçün aktivləşdiriləcək. Tərtibatçılar isə öz tətbiqlərinin hansı istifadəçi məlumatlarını yığdıqları barəsində ətraflı məlumatları Google Play Store-un həmin bölməsinə 20 iyul tarixinə kimi əlavə etməlidirlər. Google şirkətinin verdiyi məlumata əsasən tətbiqlər mağazasında olan əlavə bölmə sayəsində istifadəçilər tətbiqlər tərəfindən yığılan məlumatlar, tərtibatçıların həmin məlumatları üçüncü tərəflərlə bölüşüb-bölüşmədikləri və ya ümumiyyətlə məlumatların ötürülməsi zamanı onların necə şifrələndikləri barəsində ətraflı məlumatları əldə edəcəklər.

Saytların yığılması Saytlarin yigilmasi

    Tərtibatçılar isə öz növbələrində yğılan konfidensial məlumatların növlərini qeyd etməlidirlər. Beləliklə siyahıya cihazın yerləşdiyi yer, maliyyə məlumatları (alış-veriş tarixçəsi, kredit reytinqi və s.), istifadəçi səhhəti barəsində məlumatlar, mesajlar, kontaktlardakı telefon nömrələri, fayllar və sənədlər, tətbiqlərdə yerinə yetirilən əməliyyatlar, brauzer tarixçəsi, cihazın performansı və diaqnostikası barəsində məlumatlar və həmçinin cihazın identifikatorları. Yəni tərtibatçılar Google Play Store-da öz tətbiqlərinin sadalanmış bu məlumatlardan hansılarını yığdıqları, bunun hansı məqsədlə yerinə yetirildiyini, yığılan məlumatların üçüncü tərəflərə ötürülüb-ötürülmədiyini və onların necə şifrələndiklərini qeyd etməlidirlər.

    Məlumatda qeyd edilib ki, yığılan konfidensial məlumatlar barəsində yalan məlumatların qeyd edilməsi öz növbəsində bu və ya digər tətbiqin Google Play Store-dan silinməsinə səbəb olacaq. Google qeyd edib ki, yeni konfidensiallıq siyasətini əhatə edən formanı hətta heç bir konfidensial məlumatı yığmayan tətbiqlərin tərtibatçıları da doldurmalı olacaqlar. Bundan əlavə olaraq tərtibatçılar özlərinin konfidensiallıq siyasətlərinə yönləndirəcək linkləri də yerləşdirməli olacaqlar. Qeyd etmək lazımdır ki, bu cür özəllik 2020-ci ilin sonunda App Store-da istifadəyə verilmişdi. Daha sonra Google şirkəti də öz platformasında onun istifadəyə verilməsinə qərar verdi. 

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button